Tarix : 2017 Oct 12
Kod 52995

Sabir "bəy", öyrənmək gec deyil! Ərdoğandan və Ayətullah Xamenei ağadan öyrənin

Rüstəmxanlı isə tükənmiş siyasətçi olduğu üçün ara bir səsi gəlsin deyə DAK-da İran əleyhinə fəaliyyət göstərir.
Arannews:Küçədə bir qadın yanında iki-üç uşaqla yol gedirdi. Gəlib yanımızdan ötəndə aralarında rus dilində danışdıqları məlum oldu. Bir neçə nəfər bu vəziyyətə öz arasında etiraz etsə də qadına bu barədə nəsə demədilər. Narazılıq bundan ötrü idi ki, nə üçün bu qadın və uşaqları rusca danışırlar. Bəs öz dilimiz necə olsun?
Doğrudan da bəs öz dilimiz necə olsun? Biz açığı heç zaman öz dilimizə, dilçimizə, şeirimə, şairimizə qiymət verməmişik. Əlbəttə demək olar ki, daha çox Allahın verdiyi nemətlərə naşükürlük edən bir zümrə kimi tanınmışıq. Məsələn, nəinki təkcə şairimizə, dilimizə heç torpağımıza da sahib çıxmamışıq. Dilimizi içəridə rus, ingilis dilləri zəbt edibsə, ölkə hüdudlarından kənarda da torpaqlarımızı erməni işğalçıları işğal edib. Heç birinin qədrini bilməmişik.
Bu yaxınlarda əslən türk olan Ayətullah Xamenei şəhid ailələri ilə görüşdə balaca bir uşaqla söhbətləşir. Uşaq ona çəkdiyi rəsmi təqdim edir. Xamenei ağa uşaqla farsca danışmasına baxmayaraq ondan türkcə "sən türksən ya farssan" soruşur. Bildirirlər ki, türk ailəsində doğulub, türkcə başa düşür, amma danışa bilmir. Daha sonra Ali Məqamlı Rəhbər uşağın böyüklərinə məsləhət görür ki, uşağa evdə türk dilini öyrətsinlər. Onsuz da küçədə, məktəbdə farsca danışıb fars dilini öyrənəcək. Amma sonda cənab Xamenei çox mühüm bir nöqtəyə işarə edir. Demək olar ki, bu həmin nöqtədir ki, onu adamlar var ki, illərlə əlləşib-vuruşub Sabir Rüstəmxanlı kimi adamlara başa sala bilməyiblər. Əlbəttə, bu nöqtəyə işarə edən Ayətullah Xameneidirsə o bir cümlə ilə belə olsa bizim illərlə başa sala bilmədiyimiz adamı başa sala bilər. O uşağın yerinə Sabir Rüstəmxanlı da ola bilərdi. Amma heyif ki, Sabir "bəy" Xamenei ağa kimi gövhərin qədrini bilmir. 
Təbii ki, Sabir "bəy" Azərbaycanda nəinki türk dilini ifrat şəkildə təbliğ edir və farsları görən gözü yoxdur, üstəlik Xamenei ağaya olan düşmənçiliyini də açıqca biruzə verir. Lakin iki məsələni qeyd etmək lazımdır. Birincisi bundan ibarətdir ki, Sabir Rüstəmxanlı məhvə məhkum olmuş siyasətçidir. Bu cür siyasətçilər Azərbaycanda daş hesabıyladır. Yəni daş atsan belə adamlara dəyir. Sabir "bəy" kimilər xalqın Milli Azadlıq Hərəkatındakı liderlərin biri olmaq şərəfini sirk, zoopark adlandırılan Parlamentdə yer almaq qarşılığında susmağa dəyişən adamlardandır. Ölkədəki haqsızlığa cınqırını çıxartmağa cürəti çatmadığı halda İrandakı türklərin haqlarının tapdanmasından danışır. Üstəlik, deyir bizim dilimiz indi Türkiyədə danışan insanların dili kimi olmalıdır. Həyat yoldaşı da saytda türk dilində elə məqalələr yazır ki, müəllifini tanımayan elə bilər ki, Türkiyədə yaşayan türk dilli müəlliflərdəndir. 
Rüstəmxanlı isə tükənmiş siyasətçi olduğu üçün ara bir səsi gəlsin deyə DAK-da (güya dünya azərbaycanlıları konqresi) İran əleyhinə fəaliyyət göstərir. Bu da İsrail, ABŞ səfirliklərinə ləzzət edir.
İkinci məsələ bundan ibarətdir ki, Rüstəmxanlı özünü nə qədər oda-közə vursa da prezident ola bilməz. Ərdoğan isə prezidentdir. Rüstəmxanlı gərək Ərdoğana baxıb ibrət alsın. Niyə? Ona görə ki, Ərdoğan da vaxt var idi, Seyid Əli Xameneinin haqqında türklər demişkən irəli-geri qonuşurdu. Hətta, İranda Xamenei ağa ilə görüşüb qayıdandan sonra yüksək kürsülərdə ağanın qeybətini edirdi. Suriya hadisələrindən sonra İranla təmiz küsdü. Amma sonra nə oldu? Kürdüstan məsələsi ortaya çıxan kimi "quyruğu qapı arasında qalan" Ərdoğan "quzu balasına" dönüb Rəhbərin ayağına gəldi. Bu siyasi jestin mənası budur ki, nə olub indiyədək qələt eləmişəm, müsəlman şərqinin ağası sənsən ağa, ölmüşəm, yerdən götür məni. 
Sabir "bəy", sən prezident olsaydın nəinki ölkənin xarici, elə daxili siyasətini də öz partiyan kimi idarə edəcəkdin. Bundan ötrü də "quyruğun qapı arasında qalanda" Ayətullah Xameneinin ayağına gələcəkdin. Bəxtin gətirib ki, liderliyinin "fatihəsi" çoxdan oxunub. Yoxsa yüyürə-yüyürə qaçardın İrana. 
Sabir "bəy", gec deyil, Ərdoğana baxıb peşman olmağı öyrən. Dinimiz peşmançılığı, tövbəni zəruri bildiyi üçün ali rütbəli din xadimi olan Seyid Əli Xamenei sənin peşmançılığını qəbul edər. 
Amma onu da deyim ki, Sabir Rüstəmxanlı və onun zehnində olan insanların Ayətullah Xameneidən öyrənməli olduqları ən böyük dərsi bir az əvvəl qeyd etdiyimiz kimi Ayətullah Xamenei türk uşaqla söhbət edərkən bir cümlə ilə ifadə edib. Çıxışın sonunda Ayətullah Xamenei deyib ki, uşaq fars və türk dili öyrənsə iki dildə danışan uşaq olacaq. Allah ömrünüzü uzun eləsin cənab rəhbər, nə gözəl ifadə eləmisiniz.
Demək heç kim öz diliylə fəxr etməsin. Bütün dilləri Allah yaradıb. İnsan diliylə deyil, imanı ilə başqasından üstün ola bilər. 
Sabir "bəy", başa düşdün ki, Ayətullah Xamenei nə demək istəyib? Demək istəyib ki, dillə fəxr etməzlər, dili ona görə öyrənərlər ki, iki, üç, dörd və daha artıq dillərdə danışmaq mümkün olsun. Bizdə də bu barədə misal var. Deyir insan neçə dil öyrənsə o qədər şəxsiyyəti olar. Bir neçə dil bilmək isə həmin dillərdə yaşayan xalqların mədəniyyətini, elmini, kitabını, tarixini, aliminin kitabını oxumağa imkan verir. Baxın görün dünyanın neçə ölkəsindən İrana təhsil almağa gedənlər var. Fars dili bütün dünyaya yayılıb. Siz bu müddətdə neyləyə bilmisiniz

  • Yazılıb
  • da (də) 2017 Oct 12
  • Göndərən مدير سايت Aran News