Tarix : 2017 Oct 14
Kod 53008

“Nardaran işi-2” məhkəmə prosesində şahid təqsirlədirilən şəxsi tanımayıb

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin sədri və Müsəlman Birliyi Hərəkatın sədr müavini Elçin Qasımovun və digər 11 nəfərin məhkəməsi şahidlərin dindirilməsi ilə davam etdirilib.

Arannews-Əməliyyatçı şahid Elman Quliyev məhkəmədə bildirdi ki, o, 2015-ci ilin dekabr ayında təqsirləndirilən Seyfəddin Quliyevin evində axtarış aparmışdır. Həmin zaman o, Sabunçu RPİ-in Cinayət axtarış idarəsində işləyirdi. Axtarış vaxtı evində bir ədəd dini kitab və bir ədəd qumbara radiatordan aşkar olunmuşdur. Axtarış Sabunçu RPİ-nin qabağında baş verən hadisələrlə bağlı aparılmışdır. Yarım saata 3-otaqlı mənzilin axtarışı bitdi. Şahid təqsirləndirilən şəxslərin arasında Seyfəddin Quliyevi tanımayıb.
Məhkəmədə məhbuslarla hakim arasında mübahisə düşüb
Seyfəddin Quliyev: “Əməliyyatçı mənə zəng edib ki, sən Razində avtoşluq etmişdin, gəl 13-cü bölməyə. Mən də dedim, səhər tezdən gələcəm. Bölməyə gələn kimi o, “Talehi tanıyırsan?” soruşdu. Mən də dedim, yaxınımdır, dostumdur. Sonra məni rəisin otağına apardı. Orada rəis məni söyməyə başladı. Məni 5-ci mərtəbəyə apardılar. Orada mənə dedilər, silahların özünə məxsus olmasını etiraf etməsən, həyat yoldaşının adına yazacağıq.
Zalda hakimlə təqsirləndirilənlər arasında yenə mübahisə düşdüb.
Təqsirləndirilən Nahid Qəhrəmanov hakimə : “Diktator ölkəsində diktator hakim olar”
Ağaəli Yəhyəyev hakimə: “Hüquqlarımızı pozma”.
Məhkəmədə hal şahidi qismində Mustafa Muradov ifadə verdi. O, dedi: “Seymurun evində axtarış aparılmışdır. Ailə üzvləri evdə idi. Axtarış bir ədəd dini kitab və bir ədəd qumbara tapılmışdır. Həyətdə ağ rəngli Prado var idi. Məni qumbara olan yerə çağırdılar, mən də protokola qol çəkdim. Axtarış prosesini görməmişəm”.
Elçin Qasımov: “Sizi haradan dəvət etdilər?”
– Maştağa tərəfdə qul bazarından, fəhləyəm
E.Qasımov: “Bu adam yalan danışır. Həmin vaxt o yerdə postlar qurulmuşdur. Oradan heç kim dayanmırdı və heç kim keçə bilmirdi. Özü də dekabr ayı idi, hava soyuq idi. O zaman qul bazarı işləmirdi”.
Ağaəli Yəhyəyev: “Bu adam “axtarış”, “hal şahidi”, “müşahidə etdim” sözlərindən istifadə edir. Sadə vətəndaş, özü də fəhlə, bu sözlərdən heç vaxt istifadə etməz. O, çox güman ki, əvvəllər də hal şahidi kimi orqanlar tərəfindən dəvət olunmuşdur”.
Daha sonra, hakim 4 şahidin ibtidai istintaqda verdiyi ifadələri elan etməklə məhkəmə iclasının bağlanmasını elan edib. Məhkəmədə ümumi 55 şahid dindirilib, 4 şahidin ifadəsi elan edilib.


  • Yazılıb
  • da (də) 2017 Oct 14
  • Göndərən مدير سايت Aran News