Tarix : 2017 Oct 14
Kod 53009

Ərdoğan: ABŞ bütün dünyanı aldadır

Türkiyə Prezidenti ABŞ-ı yalan danışmaqda ittiham edib.
Arannews-İslamazeri.com-un "Islam Today"-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, rəsmi Vaşinqton bütün dünyaya yalan danışır.
O, bu cür bəyanatla, İstanbulda həbs olunmuş ABŞ Baş konsulluğunun diplomatı ilə görüşə bilmədiklərini iddia edən ABŞ-lı diplomatların bəyanatlarına reaksiya verib.
"ABŞ bütün dünyanı aldadır. Səfirlik əməkdaşı oktyabrın 4-ü tutulduqdan sonra, heç kəs onunla görüşmək istəməyib.", - deyə o qeyd edib.
Ərdoğan həmçinin, əvvəldə özünü rəsmi Ankaranın həmkarı adlandıran, lakin sonradan "çirkli oyunlar" aparan dövlətləri də tənqid edib.

  • Yazılıb
  • da (də) 2017 Oct 14
  • Göndərən مدير سايت Aran News