Arannews-Bu barədə Meydan TV-yə vəkil Əsabəli Mustafayev məlumat verib. O bildirib ki, buna onun müayinəyə ehtiyacının olduğu adı qoyulub:
“Əllərində hansı əsasın olduğunu bilmirik. Qanunla bunun üçün məhkəmənin qərarı olmalıdır, tibbi əsas göstərilməlidir. Tibbi əsas yoxdur. Çünki bu adamı hamı tanıyır, psixi probleminin olmadığını bilirlər. Onların əlində bu əsasların olub-olmamasından məlumatsızıq”.
Əsabəli Mustafayev deyir ki, bununla bağlı Ombudsman Aparatına müraciət edib:
“Onlardan hadisənin yoxlanılmasını xahiş etmişik. Təəssüf ki, özümüzün bunu yoxlamaq imkanımız yoxdur. Onlar da söz veriblər ki, maraqlanıb bir cavab verəcəklər”.
Füzuli Hüseynov mayın 24-də də “Siyasi məhbuslara azadlıq!” şüarı ilə təkbaşına aksiya keçirmişdi. Həmin gün o, 4 saata yaxın Nəsimi Rayon Polis İdarəsində dindirilmişdi. Daha sonra xəbərdarlıq edilərək sərbəst buraxılmışdı.
Füzuli Hüseynov dindirilməsi zamanı psixoloji təzyiqlərə məruz qaldığını demişdi:
“Əvvəl psixoloji təzyiq, sonra çarpaz suallar, ardınca təhqirlərlə dindirməni davam etdirdilər. Təəssüf ki, mülki geyimli müstəntiq özünü təqdim etmədən məni, siyasi məhbusları və müxalifət liderlərini təhqir edirdi. Danışığından bildim ki, rütbəsi kapitandır, gənc idi, yetərincə savadlı olsa da, həddən artıq söyüşcül və kobud idi. Suallara imkanım daxilində cavab verirdim. Partiya mənsubiyyətim barədə soruşanda dedim ki, bunun istintaqa aidiyyatı yoxdur, vətəndaşam və siyasi məhbusların olmasına etiraz edirəm. Belə cavab verəndə təhqirə keçirdi”.
Milli Şura sentyabrın 23-də və oktyabrın 7-də Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirib.
Aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılıb. Mitinqdə “Talana yox”, “İstefa” kimi şüarlar səslənib. Aksiyada çıxış edən Milli Şuranın rəhbərliyi hakimiyyəti tənqid edib. Onlar hakimiyyətin neft siyasətinin xalqın yox, bir ailənin mənafeyinə xidmət etdiyini deyiblər.
Mitinqöncəsi aksiyanın təşkilatçıları Bakı şəhər Baş Polis İdarəsinə dəvət edilərək, xəbərdarlıq aldıqlarını da bildiriblər. Bəzi AXCP üzvlərinə isə sutkalıq həbslər verilib.
Demokratik Qüvvələrin Milli Şurası 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılıb.