Tarix : 2017 Oct 14
Kod 53013

Hacətin yerinə yetirilməsi üçün Aşura ziyarətini 40 gün oxumağın yolu

Ayətullah Haqşenas buyurur: “Siz 40 gün Aşura ziayrətini oxuyun, əgər hacətinizi almasanız, gəlin, mən sizin üçün hacətinizi alaram və mən sizə zaminəm”.

Ancaq fəqət ziyarəti oxumaqla kifayətlənmək olmaz. Bu 40 gündə bəzi əməllər də vardır ki, onları da yerinə yetirmək lazımdır ki, hacətinizə çata biləsiniz.
Ayətullah Haqşenas bizə bu ziyarətin yolunu öyrədir ki, onlarla tanış olaq:

1. Ziyarətdən əvvəl 100 dəfə “Allahu Əkbər” zikrini deyin.
2. Yüz dəfə lənət demək yerinə çatanda dayanırsan və İmam Hüseynə (ə) iki rükətli hədiyyə namazı qılırsan.
3. Namazı qurtarandan sonra yenə də 100 dəfə “Allahu Əkbər” deyirsən.
4. Lənət yerlərini yüz dəfə deyirsən.
5. Ziyarəti bitirəndən sonra isə iki rükət ziyarət namazı qılırsan. (Bu namaz Aşura ziyarətinin bir hissəsi hesab olunur).

40 gün ərzində riayət etməli olduğun əməllər:
1. Bu 40 gün ərzində hər gün İmam Zaman ağanın (ə.f) salamatlığı üçün sədəqə verməlisən.
2. Vacibatları tərk etməmək və günah etməmək.
3. Ziyarəti oxuyan zaman söhbət etməmək.
4. Yaxşı olar ki, ziyarəti gün çıxan və ya gün batan zaman yerinə yetirəsən. Çərşənbə gününü ziyarətin ilk günü qərar verəsən. 

Allahdan duamız budur ki, bizi bu ziyarətdən qafil olanlardan qərra verməsin.

  • Yazılıb
  • da (də) 2017 Oct 14
  • Göndərən مدير سايت Aran News