Tarix : 2017 Oct 14
Kod 53014

Suriya ordusundan mühüm qələbə: Strateji məntəqə İŞİD-dən təmizləndi


Arannews-İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Suriya ordusunu öndəgedən hissələri İŞİD terrorçularını Deyr-əz-Zor şəhərindən şimal-şərqdə yerləşən Hətla yaşayış məntəqəsindən vurub çıxarıb.
Ordunun hücumunun yekun mərhələsi cümə günü səhər saatlarında başlayıb: aviasiya və artilleriyanın dəstəyi ilə ordunun hücumçu dəstələri adəçəkilən yaşayış məntəqəsinin kvartallarının əksəriyyətini azad edə bilib. Bundan sonra da ordu küçələri təmizləyərək, mövqelərində möhkəmlənib.
"Hətla stateji əhəmiyyətli rayondur. Çünki terrorçular burada rahat şəkildə çayı keçə bilirdilər. Buradan terrorçuların şəhərdəki bir neçə təchizat yolu keçirdi. Arıtq onlar bu yoldan istifadə edə bilməyəcəklər.", - deyə suriyalı komandirlərdən biri deyib.

  • Yazılıb
  • da (də) 2017 Oct 14
  • Göndərən مدير سايت Aran News