Tarix : 2017 Oct 14
Kod 53015

Koffi Annan BMT TŞ-yə rohinca müsəlmanları ilə bağlı çağırış edib

"BMT TŞ-də alınacaq qərarda Myanma hökumətinə arakanlı müsəlmanların təhlükəsiz və şərəfli şəkildə kəndlərinə qayıtmasını təmin edəcək şərait yaradılması üçün təzyiq edilməlidir"
Arannews-İslaminSesi-nin Anadolu Ajansı-na istinadla verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatının sabiq baş katibi və Arakan (Rakhayn) Məsləhətləşmə Komissiyasının sabiq sədri Kofi Annan, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında qapalı iclasda Myanmanın Rakhayn ştatında baş verən hadisələrin müzakirə edildiyi toplantıdan sonra jurnalistlərə açıqlama verib.
O. Arakan Məsləhətləşmə Komissiyasının hesabatı haqqında TŞ üzvü ölkələrini məlumatlandırdığını və yaxın perspektivdə əvvəlcə zorakılığa son qoyulması, humanitar yardımların çatdırılması və rohinca müsəlmanlarının könüllü və şərəfli şəkildə kəndlərinə qayıtmasının təmin olunmasının lazımlığını bildirib:
"Banqladeşə sığınan rohincalıların özlərini təhlükəsizlikdə hiss etməyəcəyi təqdirdə kəndlərinə qayıtmaları asan olmayacaq. Rakhaynlılar düşərgələrə deyil kəndlərinə qayıtmalıdırlar. BMT TŞ-də Rakhayn məsələsində alınacaq qərarda Myanma hökumətinə rakhaynlı müsəlmanların təhlükəsiz və şərəfli şəkildə kəndlərinə qayıtmasını təmin edəcək şərait yaradılması üçün təzyiq edilməlidir".
Annan, Myanma hökumətinin Rakhayndakı böhranın həll edilməsi halında ölkədəki digər böyük problemlərə daha çox vaxt ayırmaq imkanı tapacağını vurğulayıb. O, həmçinin Myanmada hakimiyyətdə iki başlılıq olduğuna və bu vəziyyətin əməliyyatların koordinasiyalı şəkildə yerinə yetirilməsini çətinləşdirdiyini bəyan edib və buna görə həm Myanma hökuməti, həm də Myanma ordusu ilə işləməyin lazım olduğunu qeyd edib.

  • Yazılıb
  • da (də) 2017 Oct 14
  • Göndərən مدير سايت Aran News