Azərbaycan Respublikası Əba Abdullah Hüseyn (ə) məktəbini daha yaxşı dərk etməkdədir və heç kəs bu şöləni söndürə bilməz.
AranNews – Höccətül-islam Seyid Məhəmmədəli Ali-Haşim Təbrizin cümə namazının xütbələrində İmam Hüseynə (ə) əzəmətli əzadarlıq keçirdikləri üçün müsəlmanlara minnətdarlıq edərək deyib: “Washington Times qəzeti dünya səviyyəsində keçirilən Aşura əzadarlığına işarə edərək yazmışdı ki, Tramp dövləti Azərbaycan Respublikasının ikinci İrana çevrilməsinə icazə verməməlidir. Habluki, onlar Azərbaycan Respublikasının Əba Abdullah Hüseyn (ə) məktəbini daha yaxşı dərk etməkdə olduğunu və heç kəsin bu şöləni söndürə bilməyəcəyini başa düşmürlər”.
İmam cümə ABŞ-ın İrana qarşı yeni strategiyasına da toxunaraq deyib: “Amerikanın İrana qarşı yeni sanksiyalar tətbiq etmək üçün səsləndirdiyi iddialar Sepahla düşmənçiliyi və günümüzdə baş verən hadisələrə görədir. Son aylarda amerikalılar İranı nüvə sülh razılaşmasını pozmaqda ittiham etməyə bəhanə axtarırdı. Lakin, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) İranın nüvə sülh razılaşmasına sadiq qalması barədə raportu Amerikanın istəklərinin həyata keçməsinə mane oldu. Ona görə də Tramp əsassız bəhanələrə və qeyri-nüvə məsələlərinə söykənməklə İrana qarşı yeni sanksiyalar tətbiq etməyə təlaş edir. Bu, Amerikanın birtərəfli olaraq nüvə razılaşmasını pozmaq cəhdini göstərir”.
Xətib Amerikanın yeni sanksiyalarının nüvə razılaşmasını pozmağa bərabər olduğunu vurğulayaraq deyib: “Amerika axmaqlığa yol verərək Sepahın adını terrorçular siyahısına salarsa, İran xalqı daha da birlik göstərəcək, həmrəy olacaq. Çünki bilirik ki, Amerika bu hərəkəti ilə regionun yeni hadisələrində İranı yeni müzakirələrə məcbur etmək üçün təzyiq edir”.
Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi xütbəsinin davamında deyib: “Amerikanın tutduğu bu yol səhvdir və yeni sanksiyalar hər hansı anlaşmanı məhv edəcək. İran İslam Respublikası öz haqqını qorumağa israrlıdır”.