İstanbulun 15 rayonunda FETÖ/PDY araşdırması çərçivəsində 115 şübhəlinin tutulması üçün əməliyyat başlayıb.
Arannews-İslamazeri.com türk mediasına istinadən xəbər verir ki, "FETÖ/PDY silahlı terror təşkilatına üzv olmaq və idarə etmək", "Terrorizmin Maliyyələşdirməsinin Qarşısının Alınması Haqqında Qanuna müxalifət", "Vergi Üsul Qanununa müxalifət", "rəsmi sənəddə saxtalaşdırma", "dini hisslərdən istifadə edərək dələduzluq", "cinayətdən qaynaqlanan mal varlığı gəlirlərini yuma" və "Yardım Toplama Qanununa müxalifət" ittihamları ilə bağlı aparılan istintaq çərçivəsində, 115 şübhəli haqqında tutulma qərarı çıxarılıb.İstanbul Polis İdarəsi Maliyyə Cinayətlərilə Mübarizə Şöbə İdarəsinin üzvləri İstanbulun 15 rayonunda 124 ünvanda 115 şübhəlinin tutulması üçün əməliyyat başladı.