Tarix : 2017 Oct 15
Kod 53020

Trampın müəllimi: Sinfin ən axmaq tələbəsi idi

ABŞ Prezidenti Donald Trampın universitetinin müəllimi professor Kelli Tramp üçün "Qarşılaşdığım ən axmaq tələbə idi",- deyib.
Arannews-İslamazeri.com türk mediasına istinadən xəbər verir ki, Tramp ilə ABŞ xarici işlər naziri Reks Tillersonın IQ testi müzakirəsinə Trampın universitetdəki müəllimi də "qoşulub". ABŞ Prezidentinin Pensilvaniya Universitetindən müəllimi professor Uilyam T. Kelli keçmiş tələbəsi üçün, "Qarşılaşdığım ən axmaq tələbə idi",- deyib.
"Tramp universitetə gələndə sanki hər şeyi bilirmiş havasında idi",- deyə danışan professor , o zamankı tələbəsi ilə hazırda Ağ Evdə oturan Tramp arasında hələ də paralellik olduğunu ifadə edib.
Keçən həftə ABŞ Dövlət Katibi Tillersonun Tramp üçün "moron" (gic) ifadəsini işlətdiyi ortaya çıxmışdı. Tramp Tillersona IQ testi etdirməyi təklif etmişdi.

  • Yazılıb
  • da (də) 2017 Oct 15
  • Göndərən مدير سايت Aran News