Tarix : 2017 Oct 15
Kod 53024

Mərkəzi Afrika Respublikasında məscidə hücum nəticəsində 20 nəfər həlak olub

Mərkəzi Afrika Respublikasında (MAR) bir məscidə qarşı təşkil olunan silahlı hücumda ən az 20 nəfər həlak olub.
Arannews-Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, yerli mənbələrdən əldə edilən məlumata görə, Banqassu şəhərindən gələn silahlı bir qrup ölkənin cənub-şərqindəki Kembe şəhərində bir məscidə hücum ediblər.
Anadolu agentliyinin müxbirinə danışan ölkədəki müsəlman qeyri-hökumət təşkilatının təmsilçilərindən Əbdürrəhman Bornu, hücumu xristian Anti-Balaka silahlı qrupunun həyata keçirdiyini deyib. Bornu məscidi mühasirəyə alan yaraqlıların içəridəki ən az 20 müsəlmanı öldürdüyünü söyləyib.
Paytaxt Banqidə müsəlmanların yaşadığı məhəllədə hadisə səbəbi ilə bir günlük matəm elan edilib.
Şəhərdəki müsəlman cəmiyyətinin nümayəndələrindən Osman Mahamat isə, ölkədəki müxtəlif ictimai qruplar arasında nifrətin yayılmağa çalışılması xəbərdarlığını edib: "Bu müharibənin nə qazananı, nə də itirəni var. Qardaşlarımız əbəs yerə öldürülür", - deyə o bildirib.

  • Yazılıb
  • da (də) 2017 Oct 15
  • Göndərən مدير سايت Aran News