Tarix : 2017 Oct 15
Kod 53026

Mənəviyyatsız Azərbaycan hakimiyəti və İran barədə iyrənc böhtan yayan “Repost.az” saytı

Şərəfin nə olduğundan bixəbər olanlar onun dəyərini qanarmı

Arannews-SSRİ-nin dağılması ilə Azərbaycan xalqı “müstəqillik” qazandığını zənn etdi.  Amma SSRİ-nin tərkibində olan Azərbaycan SSR-nın və onun xalqının müstəqillliyi, hazırki “suveren” Azərbaycan Respublikasının və ölkə əhalisinin müstəqilliyindən daha çox idi. Əgər SSRİ zamanı Azərbaycan SSR və onun rəhbərliyi yalnız Moskvadakı mərkəzi haklimiyyətə tabe idisə, hazırda bu dövlətin rəhbərlərindən tutmuş,  ölkənin və xalqın  təhlükəsizliyini qorumalı olan Azərbaycan xüsusi xidmət orqanlarına qədər, hamısı dünyanın müxtəlif şər qüvvələrinin mationet kuklası halına gəlmiş və ölkə ərazisini – pislik, mənəviyyatsızlıq, şərəfsizlik və digər iyrənclikləri  yaymaqla məşğul olan sözü gedən şər qüvvələrinin təcrübə poliqonuna çevirmişlər.
Əgər SSRİ zamanı, Stalinin Bakı əhalisini bir neçə günə Qazaxıstan səhralarına köçürməsi planı ortaya çıxanda, bu erməni hiyləsinin qarşısını almağa Mircəfər Bağırov kimi ölkə rəhbərləri mövcud idisə, hazırda Azərbaycan Respublikası rəhbərliyi Qərbdən elə asılı vəziyyətdədir ki, əgər Tel-Əviv və Vaşinqtonda – “bütün Azərbaycan əhalisinin zorla ölkədən qovulmalı olmalarına dair” qərar qəbul edilsə, Azərbaycanın hazırki  rəhbərliyinin bu əmri canla-başla yerinə yetirəcəyinə heç şübhəniz olmasın! Elə bu iqtidarın “Qarabağ müharibəsi” adı altında Azərbaycanın 6 rayonunu ermənilərə təslim edib hakimiyyətə gəldiyi gözümüzün özündə baş verib. Və elə bu iqtidar hakimiyytədə qalmaqdan ötrü də Tel-Əviv və Vaşinqtonun verdiyi hər bir qərarı yerinə yetirəcək və günümüzdə də yeirməkdədir.
Əgər  ateizm ideoligiyası üzərində qurulan Sovet Hakimiyyəti – Azərbaycan xalqının öz dini ayinlərini yerinə yetirməsinə, məhərrəmlik mərasimlərinə və s.  göz yumurdusa  və bununla da xalqın öz tarixi ənənələrini yaşatması və müqəddəs dini ayinlərini icra etməsinə bir növ şərait yaradırdısa, Azərbaycan Respublikası hakimiyyəti  nəinki şiəliyi və Aşura mərasimlərinin icrasını özü üçün ən böyük təhlükə hesab edir, hətta adi dini ayinlərin belə icrasına gülcü məhdudyyətlər və ya qadağalar qoyur.  Bu sübut edir ki, Azərbaycan Respublikası rəhbərliyinin mənəviyyatı ateizmdən də aşağı səviyyədədir.  Ateizm – mənəviyyatın sıfır nöqtəsidirsə, ateistlərdən aşağı olan Azərbaycan Respublikası rəhbərliyinin “mənəviyyatı” (oxu – mənəviyyatsızlığı) sıfırdan da aşağıdır, yəni “mənfi mənəviyyatdır”. Mənfi mənəviyyat isə – pis deməkdir. Sizcə belə bir rejimdən mənəvi nə isə gözləmək olar?
Ölkəni bürüyən mənəviyyatsızlıq, əxlaqsızlıq, alçaqlığın, yaltaqlığın tüğyanı, rəzillik, namərdlərin mərdlərin haqqını yeməsi və s. kimi çirkinliklər və iyrəncliklər mənəviyyatsız rejimin hakimiyyət sürməsi üçün münbit şəraitdir. Bu “münbit şəraiti” yaratmaqdan ötrü hansı addımlar atılmasının lazım olduğunu isə Azərbaycan rəhbərliyi  üçün Tel-Əviv və Vaşiqtondan olan instruktorlar hazırlayır.
Əgər sual olunarsa –  “Azərbaycan Respublikası hakimiyətinin qorxuduğu dövlət və ideologiya hansıdır?”, çəkinmədən cavab vermək olar :  İran İR-na və onu dövlət ideologiyası olan ŞİƏLİK!  Çünki İran İR və şiəlik ideologiyası, ilk növbədə – İsrail  və ABŞ-ın qorxduğu  dövlət və ideologiyadır! Bu, sübut edir ki, Azərbaycan Respublikası hakimiyyətinin yeritdiyi siyasət – elə İsrail və ABŞ-ın yeritdiyi siyasətdir.
Əgər 15-20 il qabaq kimsə bunu iddia etsəydi, bəlkə də bu çoxlarına qəribə gələcəkdi. Amma  son illər ərəzində Azərbaycanda müşahidə olunan prosseslər: əxlaqsızlığın tüğyan etməsi fonunda vətənpərvər, əqidəli, mərd, dindar şiələrə qarşı amansız mübarizə aparılması, onların şəhid edilməsi, saxta ittihamlarla zindanlara salınaraq ömürlük və on illərlər azadlıqdan məhrum edilməsi, yuxarıda dediklərimizin əyani sübutudur.
Sual oluna bilər: Azərbaycan Respublikası  iqtidarı 24 ildir hakimiyyətdədir,  niyə məhz indi Allahdan da həya etmədən öz həqiqi simasını nümayiş etdirməyə başlayıb? Cavabı çox sadədir: suda boğulanın saman çöpünə də belə əl atdlğı kimi, bir dövlət kimi xəritədən silinmək təhlükəsi ilə üz-üzə qarmış İsrail də, artıq mümkün olan və olmayan hər bir vasitəyə əla atır ki, xilas olsun. Bu səbəbdən də idarə etdiyi hakimiyyətlərə özü  kimi həyasızlıq nümayiş etdirməkdən çəkinməmək əmrini verib. Çünki sionist rejimi, Suriyada qazdığı quyuya sonda özünün düşüdüyünü və bu quyuda qərq olacağını yaxşı anlayır. Odur ki, hər vəclə şiəliyə qarşı son mübarizəsinə qalxıb: əksəriyyəti şiələrdən ibarət olan İraqı parçalamaq məqsədi ilə “Kürdüstan hiyləsini” işə salıb, əhalisinin əksəriyyətini şiələr təşkil edən Azərbaycan Respublikasında şiələrə divan tutmağa başlayıb, dünyanın bütün KİV-lərində şiə İran İR-na qarşı yalan və böhtanlar yaymaqda davam edir. Bu işdə “sionizmin hürən köpəkləri” missiyasını yerinə yetirən bəzi Azərbaycan KİV-lərinin öndə getdiyini desək yanılmarıq.
Həm də Azərbaycanın sözü gedən sionist KİV-ləri İran İR barəsində elə şərəfsiz yalan və böhtanlar yazırlar ki, onları idarə edənlərin müsəlman cəmiyyətində yaşadıqlarına şübhə yaranır.  Məsələn, “Repost.az” adl saytın bir müddət əvvəl dərc etdiyi “İranda təhsil alan azərbaycanlı qızın şok etirafı” adlı əxlqsız və şərəfsiz böhtanlarla dolu yazıda iddia etmişdi ki, Gültəkin Məcidova adlı hansısa azərbaycanlı qız İran İR-nın Qum şəhərində din xadimləri tərəfindən siğə adı ilə aldadılaraq bakirəliyini itirib! Həm də bu – yalınz yalan və böhtandan ibarət olan yazıda İslam dininə, Əhli-Beyt (ə.s) yolu olan şiə təriqəti davamçılarına, bu təriqətin nüfuzlu din alimlərinə, İranda oxuyan azərbaycanlı dindar cavanlara və s. qarşı elə savadsız böhtanlar atmılmışdı ki, sanki 50 ilin fahişəsi nəuzubillah  “Allaha yaxınlaşma və mənəviyyatın sirləri” adlı mühazirə oxuyur… Çünki sözü gedən yazıda mənəviyyatlı, şərəfli və vicdanlı insan üçün müqəddəs olan dəyərlər elə rahatlıqla ayaqlar altına atılaraq tapdanırdı ki, onu yazan şəxsin halaldan əmələ gəldiyi, atasının kimliyini tanıdığı, ümumiyyətlə müsəlman Azərbaycan ictimaiyyətində yaşadığı şübhə doğururdu.
Təbii ki, bu böhtan yayılan kimi “Həqiqət” QHT (Truth NGO) dərhal araşdırmalara başladı və Gültəkin Məcidova adlı şəxsin heç vaxt İranın Qum Dini Hövzəsində oxumadığı aydınlaşdı. Ən əsası isə, bu yazının İranda oxuyan azərbaycanlı ismətli, namuslu xanımlara və onların ailələrinə elə pis təsir etdi ki, onlar kim tərəfindən işlədildiyi bilinməyən “Repost.az” saytı barəsində qanuni şəkildə ölçü götürülməsini tələb etdilər. Amma nə vaxt hansısa sionist İsrailin qəsbkar-terrorçu olduğuna görə bu rejimi məhkəməyə versə, o vaxt Azərbaycan hakimiyəti də “Repost.az” kimi – “bakirəliyini sionistlərə satan” şərəfsiz saytlar barədə ölçü götürər. Çünki “Repost.az” – elə Azərbaycan Respublikası hakimiyyətinin mahiyyətidir! Bu üzdən də, bu cür şərəfsiz ünsürləri xalq məhkəməsi yolu ilə –  ictimai qınaqla lənətləmək və onların necə pozğun sionist məşuqəsi olduqlarını hamıya çatdırma lazımdır.
Sözü gedən məqalənin yalan olduğu artıq hörmətli jurnalist və publisist Hacı Arzu Eyvazov tərəfindən məntiqli və əsaslı dəlillərlə sübut edilib. Amma malik olduğu hər şeyini İsrail satan “Repost.az” saytı, nəinki qulaqlarını aşağı sallayaraq yazdıqlarını sübut edə bilməyib, hətta öz pozğun cızma-qaraları ilə Azərbaycan cavanlarının əxlqını pozmaqda davam edir.
Digər bir sionist tulası olan İŞİD İraq və Suriyaya soxulandan sonra, işğal etdikləri ərazilərdəki tarix muzeylərinə daxil olub həmən ölkə xalqlarının min illərlə yaşı olan – qiyməti heç bir miqdar pulla ölçülə bilməyən tarixi əsərləri balta və kuvatla dağıtması yadınıza gəlirmi? Bilirsiz İŞİD bunu niyə edirdi? Bu sualın cavabını – çox-çox üzr istəyirik, “eşşək nə bilir, zəfəran nədir?” məsəlindən başqa vasitə ilə izah etmək olmaz. İŞİD kimi bir zəlalətə yuvarlanan məxluq nə bilir tarixi əsər, maddi-mənəvi dəyərlər və s. nədir? Eləcə də Azərbaycan xalqının, onun təqvalı dindar əhalisinin, Azərbaycan qızlarının imanı, əxlaqı, namusu və ismətini hədəfə alan “Repost.az” saytının dalında gizlənən haramdan əmələ gələnlər nə bilirlər bakirəlik, din aliminin məqamı, mənəviyyat, əqidə, qeyrət və namus nədir? Onlar öz bakirəliklərini İsrailə və bu terrorçu sionist rejimini himayə edən Şeytana müft satanlar deyilərmi? Şərəfin nə olduğundan bixəbər olanlar onun dəyərini qanarmı

  • Yazılıb
  • da (də) 2017 Oct 15
  • Göndərən مدير سايت Aran News