Tarix : 2017 Oct 15
Kod 53028

Fələstinli qruplar 10 ildən sonra barışdı

Fələstin Müqavimət Hərəkatının rəhbərlərindən olan İsmail Həniyyə, “Fəth” hərəkatı ilə müzakirələrinin müsbət nəticə verdiyindən söz açıb. 2 qrupun danışıqlarının ikinci mərhələsi həftənin ikinci günü Misirdə başlayacaq.
Arannews-HƏMAS-ın mətbuat katiblərindən olan Tahir Nono bildirib: “Öz millətimə və ümmətimə bu şad xəbəri verirəm ki, HƏMAS-ın siyasi bürosunun sədri İsmail Həniyyə Misirin dəstəyi ilə dünən “Fəth” hərəkatı ilə razılığa gəldikləri barədə xəbər verib. HƏMAS hərəkatı tərəfindən Saleh Aruri, “Fəth” hərəkatı tərəfdən isə Əzam əl-Əhməd bu razılığa imza atıblar.”
HƏMAS və “Fəth” hərəkatları fələstinli torpaqların idarəsi barədə zahiri olaraq razılığa gəliblər. HƏMAS Qəzza zolağına, Mahmud Abbasın başçılığı ilə fəaliyyət göstərən “Fəth” hərəkatı isə İordan çayının qərb sahillərinə nəzarət edir.
“Fəth” rəsmiləri bildiriblər: “Bu razılığın xırdalıqları Qahirədə keçiriləcək olan mətbuat konfransında açıqlanacaq.”
Ehtimallara görə, Fələstin dövləti Qəzza zolağına olan nəzarəti gələn dekabr ayında əldə edəcək.
HƏMAS və “Fəth” arasında olan danışıqların mövzusu, Qəzza zolağı işlərinin Fələstin dövlətinə tapşırılması olub. İsmail Həniyyə ötən ay demişdi ki, Misirin vasitəçiliyi ilə ortaq razılığa əldə olunarsa Qəzza işlərini Fələstin dövlətinə təhvil verməyə hazırdır.
Əgər Mahmud Abbasın başçılığı ilə Fələstin dövləti yenidən Qəzza zolağına nəzarət ələ keçirsə, Fələstin torpaqlarının vahid dövlət altında idarə olunması yenidən geri qayıdacaqdır. Hazıda Qəzza zolağında 2 milyon insan yaşayır.
Həmçinin HƏMAS hərəkatı cari ilin sentyabr ayında elan etmişdi ki, Mahmud Abbas dövlətindən, Qəzza zolağına gələrək, idarəçiliyi öhdələnməyi xahiş edəcəkdi.
Bu addım bir çoxları üçün təəccüblü və gözlənilməz idi. Xüsusən də 2 tərəf arasında son illər baş verən bütün danışıqların uğursuz olduğunu nəzərə alarsaq.
2 tərəf arasında əldə olunan razılıqda mövzulardan biri də yeni seçkilərin keçirilməsi olub. Misir dövləti bu mövzu barədə vasitəçilikdə çox müsbət rol oynamışdır. Bu razlığın əldə olunmasından sonra da, Mahmud Abbasın Qəzzaya səfəri qətiləşib.
“Al Quds Al Arabi” kanalının verdiyi məlumata görə, İnqilab Şurasının müavini Fayiz əbu Eytə bildirib: “Yaxın gələcəkdə Mahmud Abbas siyasi barışıqlar çərçivəsində Qəzzaya daxil olacaq. Bu səfər siyasi barışıq və daxildə olan ikiliyin aradan qalxması üçündür. HƏMAS-la razlığa gəlmək böyük bir addımdır, lakin bu razlıq bütün məsələlərin həllinə kifayət etmir.”
Sionist rəmisləri fələstinli qrupların ixtilaflarını qabarıq göstərmək üçün əlindən gələni edir. Sionistlər fələstinli qrupların, xüsusən müqavimət qrupkarıın digər qruplarla daxili ixtilaflarını qabartmaqla, Fələstin torpaqlarını sabitsiz olaraq göstərmək niyyətində idi. Fələstin qrupların vəhdəti İsrail rəhbərlərinin anti-Fələstin təbliğatlarının təsirinin azalmasına səbəb olub.

  • Yazılıb
  • da (də) 2017 Oct 15
  • Göndərən مدير سايت Aran News