Tarix : 2017 Oct 16
Kod 53041

Ermənistanı Rusiyadan necə ayırmalı

Cənubi Qafqazda, xüsusilə Erməmistanda baş verən siyasi proseslər hər zaman diqqət cəlb edir və hadisələrə çevik reaksiya bildirməyin və strateji yanaşmanın Azərbaycana yalnız faydası var.
Arannews-Artıq bu ilin əvvəlindən məlumdur ki, Avropa İttifaqı ilə Ermənistan arasında genişləndirilmiş və hərtərəfli tərəfdaşlıq sazişinin imzalanması gözlənilir. Avropa İttifaqı bu razılaşmanın mətnini dərc edib və noyabrda Brüsseldə Şərq tərəfdaşlığı sammitində baş tutacaq. 
357 səhifəlik bu mətndə Avropa İttifaqı ilə Ermənistan arasında siyasi və iqtisadi tərəfdaşlığın zərurliyindən bəhs edilir. Bu razılaşmada diqqəti cəlb edən xüsusi bir məqam, daha dəqiq desək Aİ-nin tələbi var. Bu da, Metsamor atom stansiyasının bağlanması tələbidir. Məsələ belə qoyulub: AES ya bağlanmalı, ya da yenisi tikilməlidir.
Razılaşma mətnində deyilir ki, energetika sahəsində əməkdaşlığın vacib hissəsi Metsamor AES –in bağlanması və təhlükəsiz konservləşdirilməsi haqqında “yol xəritəsinin” hazırlanmasıdır. Brüssel stansiyanın konservləşdirilməsinə 200 milyon avro ayırmağı vəd edib. Bu informasiyanı yayan Rusiya KİV-ləri belə bir sual verir: Avropanın bu “əliaçıqlığının” arxasında nə dayanır və bunun bir izahı olmalıdır. İzahı elə rusiyalı ekspertlər özü verir. 
Rusiya mətbuatında bu tələbə şərh verən siyasi ekspertlərin ümumi rəyi belədir ki, Ermənistan AES Ermənistan-Rusiya əməkdaşlığının vacib tərəflərindən biridir. Rusiyanın ayırdığı 270 milyon dolların hesabına indi atom stansiyasının istismar müddəti daha 10 il uzadılıb. Ermənistanın işıq tələbətının 40%-ni də bu stansiya ödəyir.
Göründüyü kimi, burda “geoplitik məsələlər” var və əsas məqsəd Rusiyanın mövqelərinin Ermənistanda zəiflədilməsinə yönəlib. Ermənistan hakimiyyəti xislətinə sadiq qalaraq vəziyyətdən başqalarının hesabına xeyirli çıxmağa çalışır. Rusiya 270 milyon dollar ayırıb ən azı 10 il qarant verir ki, Metsamor təhlükəsiz vəziyyətdə enerji verəcək. Məsələnin biryolluq həlli isə yeni stansiyanın tikilməsidir. Amma, buna da 5 milyard dollar lazımdır. Yalnız ABŞ səfiri bir dəfə bəyanatla çıxış edib ki, Amerika investorları 8 milyard dollar yatırmağa hazırdırlar. Rusiyanın gizli təpkisindən sonra ermənilər amerikalıların təklifinə hələ ki, nə hə, nə də yox deməyiblər.
 Rusiya mətbuatı diqqəti ona çəkir ki, Ermənistan istehsal etdiyi enerjini kimə satacaq? Türkiyə sərhəddi bağlayıb və özü AES tikir. İran aldığı enerjinin əvəzinə qaz verir və perspektivdə öz enerji mənbələrindən istifadə etməyi planlaşdırır. Eyni vəziyyət Gürcüstanladır. “ Belə vəziyyətdə optimal variant köhnəyə qane olub, yenini gələcək yaxşı zamanlara saxlamaq lazımdır” Rusiya ekspertlərinin gəldiyi bu son nəticə Ermənistan üçün də qəbul olunandır. 
Amma, Ermənistanda anti Rusiya meylləri getdikcə güclənir və parlament səviyyəsində indiki vassalığa qarşı mübarizə açıq aparılır. Bu vəziyyət Sarkisyanı qəti narahat etmir və 2016-cı ilin aprelindən bəri Rusiya əleyhinə siyasilərin, cəmiyyətin etirazlarından məhsuldar şəkildə yararlanmaqla həm öz hakimiyyətini qoruyur, həm Avropa ilə əlaqələrini genişləndirir, həm də Rusiyanın Cənubi Qafqazda mövqelərini itirməməkdən ötrü Ermənistanın bütün şıltaqlıqları ilə oynayacağını və Ermənistanı dəstəkləməyə məcbur olacağını yaxşı bilir. Ona görə də işğal etdikləri Azərbaycan torpaqlarında çox arxayın və inamla quruculuq işləri görür, məskunlaşmanı davam etdirir. 
Azərbaycanın diplomatik addımları indiyədək siyasi situasiyanı dəyişməkdə ciddi təsir göstərməsə də aprel döyüşlərində məlum oldu ki, düşmənə təzyiqin ən effektli yolu hərbi yolla güc göstərməkdən keçir. Bu da , Qarabağ naminə bizim “şıltaqlığımız” olsun...


  • Yazılıb
  • da (də) 2017 Oct 16
  • Göndərən مدير سايت Aran News