Arannews-Maide.Az “AA”-a istinadən xəbər verir ki, paytaxt Moqadişu Əl-Emin Təcili Tibbi Yardım xidmətinin direktoru Abdulqədir Adam deyib ki, partlayış nəticəsində yaralı olaraq xəstəxanaya çatdırılanlardan bir çoxu həyatını itirib.
O, ölənlərin sayının 300 nəfəri keçdiyini bildirib.
A.Adam deyib ki, qurbanların sayı arta bilər, hazırda partlayış nəticəsində 300 yaralı var və onlardan bəzilərinin vəziyyəti son dərəcə ağırdır
Xəbər verililir oktyabrın 14-də Moqadişudakı otellərdən birinin yaxınlığında içi partayıcılarla dolu yük maşını partladılıb. Safari oteli hökumət binalarının bilavasitə yaxınlığında yerləşir.
Şəhərin bu hissəsində çox sayda kafe və restoranın olması bu ərazini həmişə izdihamlı edir.
Ötelin tamamilə çökdüyü və adamların xarabalıqların altından çıxarıldığı xəbər verilir.
Prezident Mohamed Abdullahi Mohamed ölkədə üçgünlük matəm elan edib və Somali xalqını yaralılar üçün qan verməyə çağırıb.
Əş-Şababqruplaşması hakimiyyəti ələ alaraq İslam Dövləti qurmaq uğrunda mübarizə apardığını elan edib.