Tarix : 2017 Oct 17
Kod 53059

Azərbaycan İslam Partiyasının sədri ağır ürək əməliyyatı keçirib

Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev ağır ürək əməliyyatı keçirib.
Arannews-İslamazeri.com-un xəbərinə görə, Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev ağır ürək əməliyyatı keçirib. Bu haqda partiyanın funksionerləri sosial şəbəkələrdə paylaşımlar ediblər. Məlumata görə, əməliyyat ağır keçsə də, hazırda onun səhhəti yaxşıdır və səhhəti yaxşıya doğru gedir.
Qeyd edək ki, AİP-in sədri Hacı Mövsüm Səmədov həbs olduqdan sonra, onun yerinə ilahiyyatçı Hacı Elçin Manafov, daha sonrakı qurultayda isə Hacı İlham Əliyev seçilib.
Hacı İlham Əliyev partiyaya rəhbərlikdən əlavə ölkənin tanınan ilahiyyatçılarındandır.
Redaksiyamız adından biz də, Hacı İlham Əliyevə Allahdan şifa diləyirik.

  • Yazılıb
  • da (də) 2017 Oct 17
  • Göndərən مدير سايت Aran News