Ukraynanın paytaxtı Kiyev şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib.
Arannews-Ukrayna KİV-nə istinadən xəbər verilir ki, səhər saat 6-dan şəhərin mərkəzindəki Qruşevski küçəsi nəqliyyatın hərəkəti üçün bağlı elan olunub.
Poroşenkonun administrasiyasından verilən açıqlamada addımların Malta prezidenti Mari-Luiza Koleyro Prekinin səfəri ilə bağlı olduğu bildirilsə də, ekpsertlər rəsmi Kiyevin qorxu içində olduğunu bildirir.
Ali Radanın qarşısında da təhlükəsizlik qüvvələrinin sayı xeyli artırılıb.