Kərkükü 24 saat belə davam etməyən əməliyyatla itirən Bərzani və pəşmərgələri bu gün Sincarı İraq ordusuna təhvil verməyə məcbur olub.
Arannews-Bərzaniyə yaxın Rudav informasiya portalına istinadən bildirir ki, pəşmərgə döyüşmədən həmin bölgədən çıxıb.Reuters xəbər agentliyi Lələş adlı qrupun pəşmərgə tərəfindən tərk edilən Sincarı tamamilə ələ keçirdiyi barədə xəbər yayıb..
Sincardakı pəşmərgə komandirlərindən Qasım Şeşo Anadolu Agentliyinə verdiyi açıqlamada erkən saatlarda İraq ordusu, federal polis və Haşdi Şabidən ibarət ortaq qrupun Sincarın mərkəzinə daxil olduğunu bildirib.