Tarix : 2017 Oct 18
Kod 53069

Əbdülməlik Husi: Ərəbistan və Amerika zülmün simvoludur

Ənsarullah Hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin Husi deyib: “Zülmün qarşısını almaq dini vəzifədir.
Arannews-Lakin bu vacib vəzifəni İslam ümməti bu günləri kənara qoymuşdur. Dini məsuliyyətdən qaçmaq İslam ümmətinin vəziyyətini bir az da ağırlaşdıracaq”.
Zeyd ibn Əlinin şəhadəti münasibətilə çıxış edən Ənsarullah lideri vurğulayıb: “İslam zülm və tağut qarşısında dayanmağı vacib bilir. Dini vəzifəmiz də cinayətkarlar və zülmkarlarla mübarizə aparmaqdır. Amerika və Ərəbistanın Yəmənə təcavüzü İslam ümmətinin yaxasından yapışmış zülmdür”.
Zülmkarlarla barışmağın yanlış olduğunu bildirən Seyid Əbdülməlik Bədrəddin deyib: “Zülmlə saziş yanlış düşüncədir. Amerika və İsrail “zalımlarla hər hansı bir əlaqənin qurulması təhlükədədir” fikrinin düzgünlüyünə ən yaxşı nümunədir. Tarix, İslamı yanlış anladıqlarına görə zülm edənlərlə doludur. İbadət və məsuliyyət arasında ayrılmaz əlaqə vardır və hər ikisi İslam dininin göstərişidir”.
Ənsarullah hərəkatının lideri çıxışının digər hissəsində deyib: “Zülmkarlar xalq arasında qorxu yaratmaqla onları təslim olmağa məcbur etmək istəyirlər. Halbuki, təslimin düşmən təhlükəsinə müsbət bir təsiri olmayacaqdır, lakin fədakarlıq müsbət nəticələri olacaqdır. İmperialist qüvvələr və onların regionda olan əlaltıları xalqları qul etmək və sərvətlərini talan etmək üçün əllərindən gələni edirlər”.


  • Yazılıb
  • da (də) 2017 Oct 18
  • Göndərən مدير سايت Aran News