Tarix : 2017 Oct 18
Kod 53071

Azərbaycan prezidenti ailəsinin gizli biznesini araşdıran jurnalist partladılaraq öldürüldü

Maltalı jurnalist və bloger Karuana Galizia terror nəticəsində öldürülüb.
Arannews-“Truth NGO”  xəbər verir ki, maltalı jurnalist və bloger Karuana Galizia oktyabr;n 16-da Maltanın Bidnica kəndi yaxınlığında avtomobilin partladılması nəticəsində həlak olub. Hadisənin terror aktı olduğu bildirilir. Mətbuatın verdiyi məlumala görə xanım Galizia iki həftə qabaq polisə müraciət edərək hədələndiyi barəsində məlumat vermişdi.
Tanınmış jurnalist və bloger olan Karuana Galizia 2016-cı ildə Malta baş naziri Cozef Muskatın “Panama sənədləri” adlı  korrupsiya qalmaqalında iştiraknı ifşa etməsi ilə məşhurlaşmışdı.
Jurnalist bu ilin aprel ayında apardığı tədqiqat nəticəsində aşkarlamışdı ki, Panama sənələrində adı hallanan “Egant” adlı offşor şirkət Malta baş naziri Cozef Muskatın xanımına məxsusdur. Jurnalistin sözlərinə görə, Panamada yerləşən “Egant” offşor şirkətə mütəmadi olaraq ödəmələr edilib və bu ödəmələr “Pilatus” adlı bank tərəfindən həyata keçirilib.
Mərhum jurnalistin aşkarladığı sənədlər əsasında hazırladığı hesabatda Azərbaycan Respublikası prezidenti İlham Əliyevin ailəsinin də adı hallanırdı. İngiltərənin “The Telegraph” qəzetinin yazdığına görə, Malta nazirinin xanımına məxsus “Egant” şirkətinə köçürülən pulların böyük bir hissəsi Azərbaycan Respunliasında yerləşən bank hesablarından köçürülüb.
Azərbaycan Respublikasında bu cür bank hesablar açıb ölkənin pullarını gizli yolla xaricə köçürməklə isə yalnız bir qüvvənin məşğul olduğu isə heç kimə sirr deyil – Azərbaycan prezidenti və onun ailə üzvləri. Hansıki, bu barədə dəfələrlə Qərb mətbuatında məlumatlar gedib. Karuana Galizianın aradan götürülməsi ilə bu tip məlumatları yayanlardan biri azaldı…





 

  • Yazılıb
  • da (də) 2017 Oct 18
  • Göndərən مدير سايت Aran News