Tarix : 2017 Oct 18
Kod 53077

Onlarla fələstinli 20 ildən çoxdur İsrail həbsxanalarında saxlanılır

Qəzzə zolağında fələstinli əsirlər üzrə heyət bildirib ki, Onlarla fələstinli 20 ildən çoxdur İsrail həbsxanalarında saxlanılır.

İRNA-nın Fələstinin Məa xəbər agentliyinə istinadlı məlumatına görə, Qəzzə zolağında fələstinli əsirlər üzrə heyət öz hesabatında bildirib: 22 fələstinli əsir 25 ildən çoxdur ki sionist rejim məhbəslərində saxlanılır. 
Bu məlumata görə, 29 fələstinli əsir də 1994-cü ildən sionist rejim həbsxanalarında saxlanılır halbuki onlar 2014-cü ildə azad edilməli idi amma sionistlər onları azad etmədilər. 
Sözü gedən heyət bildirib: 9 fələstinli əsir də 30 ildən 2 fələstinli əsir isə 35 ildir İsrail həbsxanalarında saxlanılır. 
Eyni zamanda fələstinli əsir və azadələr mərkəzi sionist rejim həbsxanalarında saxlanılan fələstinli əsirlərin sayının 6500 nəfər olduğunu bildirib. 
Fələstin qanunvericilik məclisinin 3 üzvü də daxil 700-dən çox fələstinli əsir isə "idari həbs" adı altında sionist rejim məhbəslərində saxlanılır.
  • Yazılıb
  • da (də) 2017 Oct 18
  • Göndərən مدير سايت Aran News