Tarix : 2017 Oct 19
Kod 53082

"Barəmdə saxta inzibati xəta ilə bağlı akt və protokol tərtib etdilər

Oktyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə AXCP fəalı Ramid Nağıyevin 4 oktyabr 2017-ci il tarixdə inzibati qaydada 25 sutka müddətinə inzibati həbs qərarından verilən apellyasiya şikayətinə baxılıb. Prosesdə Ramid Nağıyevin özü və vəkili Yalçın İmanov da iştirak ediblər.

Arannews-Vəkil Yalçın İmanov məhkəmədə apellyasiya şikayətinin kifayət qədər hüquqi əsasları olduğunu məhkəmədə bildirib. 
Ramid Nağıyev özü də məhkəmədə məhz AXCP-nin Binəqədi rayon Şöbəsinin fəalı olduğuna görə inzibati xəta törətmədiyi halda polis əməkdaşları tərəfindən bölməyə aparıldığını, daha sonra barəsində saxta inzibati xəta ilə bağlı akt və protokol tərtib olunduğunu deyib.
Qısa müşavirədən sonra hakim Q. Babayev şikayətin təmin olunmadığını elan edib.

  • Yazılıb
  • da (də) 2017 Oct 19
  • Göndərən مدير سايت Aran News