Sionist İsrail qüvvələri dünən İordan çayının Qərb Sahilində bir neçə gecə reydləri edərək 33 nəfər fələstinlini həbs edib.
Arannews- İslaminSesi.info xəbər verir ki, bu barədə Fələstin Məhbuslarının Cəmiyyəti və WAFA xəbər agentliyinin müxbiri məlumat verib.
Saxlanılmalar sionist qüvvələrin şəhərə bir neçə dəfə reyd edərək 43 aylıq həbsdən çıxan 39 yaşlı Şirin əl-İssəvinin ailə evinə hücum edərək və onu qarşılayanların əllərindəki bayraqları endirərək saxlamasından sonra başlayıb. Bu reydlər yerli fələstinli cavanların etirazlarına səbəb olub və onlar rejim qüvvələrinin keçidini bağlayıblar. Nəticədə qarşıdurma başlanıb. Sionist əsgərləri fələstinlilərə atə. açaraq bir nəfəri yaralayıb.
Sionist qüvvələri bundan əlavə Fələstinin TransMedia media şirkətinin ofislərinə basqın edərək şirkətin ofis müdiri İbrahim Cəfəri və onun qardaşını saxlayıblar.