Tarix : 2017 Oct 19
Kod 53085

Ordu generalı Məhəmməd Baqeri: İran terrorizm ilə mübarizədə Suriya xalqı və dövlətinin kənarındadır

İran İslam Respublikası Silahlı Qüvvələrin Baş Qərargahı rəisi Dəməşqdə Suriya Silahlı Qüvvələri Baş Qərargahı rəisi ilə görüşüb, ikitərəfli əlaqələr və son region olayları barədə danışıqlar aparıb.
Arannews-İran İslam Respblikası Silahlı Qüvvələrin Baş Qərargahı rəisi ordu generalı Məhəmməd Baqeri çərşənbə günü Suriya Silahlı Qüvvələri Baş Qərargah rəisi General Əli Əyyub ilə görüşdən sonra, onunla birgə mətbat konfransında deyib: İran xalqı və dövləti üz-üzə olduğu sanksiyalara baxmayaraq, terrorizm ilə mübarizədə Suriya xalqı və dövlətinin kənarında dayanıb.
Ordu generalı Məhəmməd Baqeri Dəməşqə olan səfərinin məqsədini İranın terrorizm ilə mübarizədə Suriya xalqı və dövlətinə dəstəyini elan etmək adlandırıb və deyib: İsrail rejiminin istədiyi zaman Suriyanın hava və quru sərhədlərinə təcavüz etməsi qəbuledilməzdir və İran İslam Respublikası region ölkələrinin ərazi bütövlüyünə hörməti əsas prinsip hesab edir.
İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahı rəisi suriyalı həmkarı ilə birgə mətbuat konfransının davamında deyib: Ümidvarıq bundan sonra İraq Kürdüstanında Məsud Barzaninin yol verdiyi yanlış addım kimi səhv hərəkətlərin şahidi olmayaq. Hazırda İraq parlamentinin qərarı və İraq silahlı qüvvələrinin vaxtında atılan düzgün addımı nəticəsində bu məntəqə İraq hökumətinin nəzarəti altındadır.
Suriya Silahlı Qüvvələri Baş Qərargahı rəisi general Əli Eyyub da bu mətbuat konfransında Dəməşq və Tehran əlaqələrini strateji adlandırıb və deyib: Suriya və İran bütün məsələlər xüsusilə terrorizm ilə mübarizədə eyni mövqeyə malikdirlər və h ər iki ölkə Suriya ərazisinin terrorçulardan tam formada təmizlənəcəyi zamana kimi terrorizm ilə mübarizəyə təkid edirlər.
Suriya Silahlı Qüvvələri Baş Qərargahı rəisi daha sonra deyib: Türkiyə hərbçilərinin Suriya ərazisinə daxil olması beynəlxalq qanunlara ziddir və Dəməşq öz ərazisində Türkiyə hərbçiləri ilə istədiyi formada rəftar etmək haqqına malikdir.
İran Silahlı Qüvvələri Baş Qərargahı rəisi çərşənbə axşamı hərbi bir heyətin müşayiəti ilə Suriyanın paytaxtı Dəməşqə səfər edib. Ordu generalı Məhəmməd Baqeri bu səfər çərçivəsində Suriya prezidenti ilə də görüşüb, danışıqlar aparmalıdır.

  • Yazılıb
  • da (də) 2017 Oct 19
  • Göndərən مدير سايت Aran News