Meriya isə yürüşün keçirilməsinə razılıq verməyərək, Müsavat Partiyasına həmin tarixdə keçmiş "Məhsul" stadionunda mitinq keçirməyi təklif edib.
Aran Agentiliyi: Müsavat Partiyası 21 oktyabr yürüşü ilə bağlı qərarını açıqlayıb.
Partiyadan verilən məlumata görə, qərarda yürüşün keçirilməyəcəyi, sərbəst toplaşmaq azadlığı uğrunda mübarizənin bundan sonra da hüquqi və siyasi müstəvidə davam etdiriləcəyi bəyan edilib.
Qeyd edək ki, Müsavat Partiyası oktyabrın 21-nə yürüş təyin edib, aksiyanın keçirilməsinə razılıq verilməsi üçün Bakı şəhəri İcra Hakimiyyətinə müraciət ünvanlayıb.
Meriya isə yürüşün keçirilməsinə razılıq verməyərək, Müsavat Partiyasına həmin tarixdə keçmiş "Məhsul" stadionunda mitinq keçirməyi təklif edib.
Müsavat yürüşü təxirə saldı