Tarix : 2017 Oct 20
Kod 53090

Ərəbistanda sabiq vəliəhdə yaxın müdirlərin geniş həbsi

Fransanın kəşfiyyat və təhlükəsizlik orqanlarının məlumatlarını dərc edən “İntelligence Online” jurnalı yazıb ki, Ərəbistanda hazırkı vəliəhdin birbaşa öz nəzarəti ilə Daxili İşlər Nazirliyində sabiq vəliəhdə yaxın olan yüksək vəzifəli müdirlər vəzifəsindən uzaqlaşdırılır.
Aran Agentiliyi:  Fransanın kəşfiyyat və təhlükəsizlik orqanlarının məlumatlarını dərc edən “İntelligence Online” jurnalı yazıb ki, Ərəbistanda hazırkı vəliəhdin birbaşa öz nəzarəti ilə Daxili İşlər Nazirliyində sabiq vəliəhdə yaxın olan yüksək vəzifəli müdirlər vəzifəsindən uzaqlaşdırılır.
Jurnalın yazdığına görə, Məhəmməd bin Nayef vəliəhdlikdən kənarlaşdırıldıqdan sonra Daxili İşlər Nazirliyində misli görünməmiş dəyişikliklər baş verir. Bu istiqamətdə nazirliyin müdirləri vəzifəsindən uzaqlaşdırılır, Məhəmməd bin Nayefə yaxın və müxtəlif müqavilələri imzalamış daha yüksək vəzifəli məsullar həbs edilir.
“İntelligence Online” həmçinin vurğulayıb ki, həbs dalğasının onları da vuracağından qorxan bir çox vəzifəli şəxslər ölkədən qaçmağa məcbur olub.
  • Yazılıb
  • da (də) 2017 Oct 20
  • Göndərən مدير سايت Aran News