Tarix : 2017 Oct 21
Kod 53093

"Bəlkə də edam hökmü olsaydı, bunları edam edərdilər" -

"Bəlkə də edam hökmü olsaydı, bunları edam edərdilər"
Arannews-Son günlər mətbuatda Bayram Məmmədovun saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsində əlverişsiz şəraitdə saxlanması, nəticədə səhhətində ciddi problemlər yaranması, eləcə də Qiyas İbrahimov, İlkin Rüstəmzadə və Elgiz Qəhrəmanın işgəncəyə məruz qalaraq ölümlə hədələnmələrinə dair yayılan məlumatlar onların ailələrini  və  ictimaiyyət nümayəndələrini ciddi narahat edib. Bununla əlaqədar oktyabrın 20-də məhbus ailələri bir araya gələrək toplantı keçiriblər.
Qeyd edək ki, Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə ötən il mayın 10-da saxlanıb. Rəsmi qurumlar onları narkotikdə ittiham edir. Özləri isə keçmiş prezident Heydər Əliyevin heykəlinə etiraz şüarı yazıldığına görə saxlandıqlarını bildirirlər. Hərəsi 10 il azadlıqdan məhrum edilib.
Digər fəal İ.Rüstəmzadə 2013-cü ildə saxlanıb. Kütləvi iğtişaşların təşkilində suçlanan gənc həmin vaxt saxlanan 8 NİDA Vətəndaş Hərəkatı üzvündən biridir. İ.Rüstəmzadə 8 il azadlıqdan məhrum edilib. Özü ittihamları «qondarma» adlandırır. Sonradan onunla həbs edilənlərin hamısı azadlığa buraxılıb.
2016-cı ildə saxlanan E.Qəhrəmanov da narkotikdə ittiham olunub, 5 il 6 ay azadlıqdan məhrum edilib.
  • Yazılıb
  • da (də) 2017 Oct 21
  • Göndərən مدير سايت Aran News