Ərbəin mərasimləri vaxtı Kərbəlada icra ediləcək xüsusi təhlükəsizlik əməliyyatında İraqın Əl-Həşduş Şəbi könüllü xalq qüvvələri də iştirak edəcək.
Arannews-Kərbəla şəhər şurasındakı Əl-Həşduş Şəbi komissiyasının sədri Həmid Əs-Sahib belə bir açıqlama ilə çıxış edib.Ərbəin mərasimlərində təhlükəsizliyin təmin olunması məqsədilə Əl-Həşduş Şəbi qüvvələrinin tam həssas vəziyyətdə olduqlarını və bu məsələnin Kərbəla şəhər şurasının iclasında müzakirə olunduğunu bildirib.
Bu plan əsasında Əl-Həşduş Şəbi qüvvələrindən Kərbəla ətrafında, xüsusilə də Ənbar əyalətinə yaxın olan qərb cəbhəsində bir təhlükəsizlik zolağı yaratmaları tələb olunub.
İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü, yəni Ərbəin günü mərasimləri artıq son illərdə dünyanın ən möhtəşəm mərasimlərindən birinə çevrilib və hər il İraq daxilindən və dünyanın digər ölkələrindən milyonlarla insan bu mərasimdə iştirak etmək üçün Kərbəla şəhərinə axın edir və Ərbəin yürüşünə qoşulur