Tarix : 2017 Oct 21
Kod 53106

Ərbəin ziyarətinə piyada və ən uzun yürüş edən ilk karvan: Kərbəlaya 600 km qalır

Ərbəin ziyarətinə piyada və ən uzun yürüş edən ilk karvan Məşhəd şəhərindən 54 gün öncə yola düşüb və artıq Kərbəla şəhərinin 600 km-liyinə çatıb.
Arannews-Maide.Az xəbər verir ki, Ərbəin yürüşünü İmam Rzanın (ə) hərəmindən başlayan “Ənsarul-Hüseyn” karvanında 100-dən çox İmam Hüseyn (ə) aşiqi  artıq 17 ildir ki,  Məşhəddən – Kərbəalaya piyada yürüş edir. 
 2 600 kilometrlik yolu onlar 75 günə gedirlər və Ərbəin günü  Kərbəlada İmam Hüseyn (ə) əzadarlarına qovuşurlar.  
 Ənsarul-Hüseyn karvanının üzvləri  Məşhəd şəhərindən hərəkət edib İranın Rəzəvi Xorasan, Cənubi Xorasan,  İsfahan, Kohgiluyə və Boyer-Əhməd əyalətlərindən keçərək Xuzestan əyalətinə və  Şələmçə sərhəd-keçid məntəqəsi vasitəsi ilə İraq ərazisinə keçəcək. 

  • Yazılıb
  • da (də) 2017 Oct 21
  • Göndərən مدير سايت Aran News