Ərbəin ziyarətinə piyada və ən uzun yürüş edən ilk karvan Məşhəd şəhərindən 54 gün öncə yola düşüb və artıq Kərbəla şəhərinin 600 km-liyinə çatıb.
Arannews-Maide.Az xəbər verir ki, Ərbəin yürüşünü İmam Rzanın (ə) hərəmindən başlayan “Ənsarul-Hüseyn” karvanında 100-dən çox İmam Hüseyn (ə) aşiqi artıq 17 ildir ki, Məşhəddən – Kərbəalaya piyada yürüş edir. 2 600 kilometrlik yolu onlar 75 günə gedirlər və Ərbəin günü Kərbəlada İmam Hüseyn (ə) əzadarlarına qovuşurlar.
Ənsarul-Hüseyn karvanının üzvləri Məşhəd şəhərindən hərəkət edib İranın Rəzəvi Xorasan, Cənubi Xorasan, İsfahan, Kohgiluyə və Boyer-Əhməd əyalətlərindən keçərək Xuzestan əyalətinə və Şələmçə sərhəd-keçid məntəqəsi vasitəsi ilə İraq ərazisinə keçəcək.