Tarix : 2017 Oct 21
Kod 53107

İsrail Suriya artilleriyasını atəşə tutub

İsrail Müdafiə Qüvvələri Suriyanın artilleriya qüvvələrini atəşə tutub.
Arannews-İslamazeri.com-un xəbərinə görə, bu barədə İsrailin müdafiə qurumu öz "Twitter" səhifəsində məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Suriya tərəfdən Colan yüksəkliklərində İsrail mövqelərinə 5 ədəd artilleriya mərmisi atılıb. Buna cavab olaraq Suriya ordusunun üç artilleriya topuna zərbə endirilib.
Cavab atəşinin hansı formada baş tutduğuna aydınlıq gətirilməyib. Hücumda ölən və yaralananların olması barədə məlumat yoxdur.

  • Yazılıb
  • da (də) 2017 Oct 21
  • Göndərən مدير سايت Aran News