Türkiyənin tanınmış din alimi, şiə liderlərindən olan Səlahəddin Özgündüz cümə xütbəsində "Haşdi Şabi"ni müdafiə edib
Arannews-İslamazeri.com xəbər verir ki, Türkiyənin tanınmış din alimi, şiə liderlərindən olan Şeyx Səlahəddin Özgündüz İstanbul, Halkalı bölgəsində "Zeynəbiyyə" məscidində etdiyi cümə xütbəsində İraq Ordusuna bağlı "Haşdi Şabi" könüllülərini müdafiə edib.Çıxıında o "Haşdi Şabi bizə xidmət edir. Buranın diriliyi-birliyi üçün çalışır. Sincarı kim aldı? - "Haşdi Şabi"... Biz narahat deyildikmi PKK-dan? "Haşdi Şabi" gələr-gəlməz PKK çıxdı getdi oradan. Amerika bir-iki il öncə nə deyirdi?
"İŞİD terrorçuları ilə müharibə 20-30 il sürə bilər. Bir əsr də davam etsə biz mübarizəmizə davam edəcəyik" deyirdi. Görürsüz Amerika 20-30 ildən danışırdı. Amma "Haşdi Şabi" quruldu, ildırım sürətilə hamısını təmizlədi. Onlar kimdir? Peşəkar əsgərlər də deyil, könüllü insanlardan ibarət olan dəstələrdir.", -deyə qeyd edib.
Şeyx Səlahəddin Özgündüz daha sonra deyib: "Haşdi Şabinin girəcəyi yerdə qətliam edəcəklərini deyirdilər. Amma baxın, zurna-davulla qarşılandılar. Girdikləri yerdə bayram edirlər. İnanmırsan? Türk şəhəridir - Təlafərə get özün gör. Səddamın şəhəri Tikritə get, gör necə qarşılanıb - "Haşdi Şabi"?. Hamı bayram edir..."
Özgündüz "Haşdi Şabi"ni hədəfə alanları tənqid edərək deyib: "Onların hamısı şiə deyilki? Onlar bir müqavimət təşkilatıdır. Rəsmi qurumlar tərəfindən rəsmiyyət verilmiş bir təşkilatdır. Hər bölgədə bu təşkilat var. Əməliyyat olan bölgələrə də, o bölgələrdən olan könüllülər iştirak edir, başqa bölgələrdən deyil..."
Qeyd edək ki, "Haşdi Şabi" İraq Ordusuna bağlı könüllü dəstələr olaraq yaradılıb. Mərcəiyyətin distəyilə yaradılan bu dəstələr anti-terror əməliyyatlarında çox böyük uğurlar əldə ediblər.