Tarix : 2017 Oct 22
Kod 53115

Əliyevlər rejimində növbəti qadağa: Uşaqlar Aşura və Əhli Beyt mərasimlərinə məclislərə buraxılmayacaq

Aşura müsəlmanların təqviminə görə Məhərrəm ayının onuncu günüdür. Həmin gün şiələr qətlə yetirilmiş İmam Hüseynə təziyə təşkil edir, ənənəvi toplu ritualda Şaxsey-Vaxsey ("Şah Hüseyn, vah Hüseyn"in qısaldılmış variantı) deyərək zülm və zalımlara nifrət bildirirlər ki, bu da Azərbaycanda əliyevlər rejimi dairəsində fəaliyyət göstərən sionist qüvvələri tərəfindən qətiyyən müsbət qarşılanmır
Arannews-Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqşünası sionistyönlü Taliyə İbrahimova Sputnik Azərbaycan-a verdiyi anti-Şiə çıxışında bildirib: “Dini mərasimləri təşkil edən qurumlar orada iştirak edən uşaqların yaş həddini nəzərə almalıdır.”
Onun dediyinə görə, bu barədə "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında" yeni qanun layihəsində yazılıb.
Qeyd edək ki, oktyabrın 1-də respublikanın bir çox rayonlarında, eləcə də Bakı şəhərində və paytaxtın ətraf kəndlərində Aşura Günü ilə bağlı kütləvi mərasimlər təşkil edilib. Fotoqraflar valideynləri tərəfindən matəm tədbirlərinə gətirilmiş onlarla uşağın şəklini çəkiblər. Bununla əlaqədar olaraq Əhli Beyt (əleyhimus səlam) Məktəbinə qatı düşmən olan Milli Məclis deputatları və sionistyönlü “ictimaiyyət nümayəndələri” öz narazılıqlarını ifadə ediblər.
Bundan dərhal sonra Bakı rejiminin anti-Şiə “qanunvericiləri” uşaqlarını düzgün tərbiyə etməyən və onları “yad təsirlərə” məruz qoyan məsuliyyətsiz valideynləri “cəzalandırmaq” qərarına gəliblər.
Aşura müsəlmanların təqviminə görə Məhərrəm ayının onuncu günüdür. Həmin gün şiələr qətlə yetirilmiş İmam Hüseynə təziyə təşkil edir, ənənəvi toplu ritualda Şaxsey-Vaxsey ("Şah Hüseyn, vah Hüseyn"in qısaldılmış variantı) deyərək zülm və zalımlara nifrət bildirirlər ki, bu da Azərbaycanda əliyevlər rejimi dairəsində fəaliyyət göstərən sionist qüvvələri tərəfindən qətiyyən müsbət qarşılanmır.
Buna görə də, İbrahimovanın sözlərinə görə, qanun layihəsi AR Prezidentinin Administrasiyasına təqdim edilib və Milli Məclisin payız sessiyasında ona baxılacaq. Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 1 iyun tarixli 2074 nömrəli Sərəncamına əsasən hazırlanıb və Uşaq Hüquqları Konvensiyasının 17-ci maddəsinin əsas konsepsiyasını əks etdirir.
"Yeniliklər ondan ibarətdir ki, dövriyyəyə buraxılan informasiya hər bir uşağın yaş həddinə uyğun olaraq təsnifləşdiriləcək. Eyni zamanda kontenti yayan şəxslər bu və ya digər informasiyanı yayarkən auditoriyanın yaşını göstərməklə bağlı qanunun tələblərini nəzərə almalıdırlar" — deyə sionistyönlü İbrahimova bildirib.
Sənəd həmçinin telekanallarda yayımlanan, çap məhsullarında və KİV-də dərc edilən bütün informasiyaların sionistyönlü ekspertlər vasitəsilə analizini aparan xüsusi “qurumun” yaradılmasını da nəzərdə tutur.
  • Yazılıb
  • da (də) 2017 Oct 22
  • Göndərən مدير سايت Aran News