Tarix : 2017 Oct 22
Kod 53116

Bəhreyn xalqı bir daha küçələrə çıxaraq Ayətullah İsa Qasıma dəstək verdi

Ölkənin bir çox məntəqəsində yüzlərlə insan küçələrə çıxıb əllərində Ayətullah İsa Qasımın şəkillərini qaldıraraq, Ali Xəlifə rejiminin özbaşınalıqlarına etiraz ediblər.
Arannews-Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreyn xalqı, ölkəyə qanunsuz hakim kəsilmiş vəhhabiəqidəli Xəlifə sülaləsinin rejimi tərəfindən Şiə Müsəlmanlarının rəhbəri Ayətullah Şeyx İsa Qasimi ev həbsində saxlamasının 150-ci günündə küçələrə çıxaraq, Şeyx İsa Qasimə dəstək veriblər.
Məlumata görə, ölkənin bir çox məntəqəsində yüzlərlə insan küçələrə çıxıb əllərində Ayətullah İsa Qasımın şəkillərini qaldıraraq, Ali Xəlifə rejiminin özbaşınalıqlarına etiraz ediblər.
Nümayişçilər keçirilən yürüşlərdə Bəhreyn həbsxanalarındakı siyasi məhbuslarla da həmrəy olduqlarını bildirən şüarlar səsləndiriblər.
Qeyd edək ki, Bəhreyn rejiminin məhkəməsi mayın 21-də Ayətullah İsa Qasımı 1 il müddətinə azadlıqdan məhrum edib. O, məhkəmənin qərarı ilə 3 milyon Bəhreyn dinarı məbləğində əmlakı müsadirə olunmaqla 1000 Bəhreyn dinarı məbləğində cərimələmişdi.
Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələri mayın 23-də Əd-Diraz rayonuna və Ayətullah İsa Qasımın evinə hücum etmiş və bu hücumda 6 nəfəri şəhid etmiş və onlarla insanı həbs etmişdir.

  • Yazılıb
  • da (də) 2017 Oct 22
  • Göndərən مدير سايت Aran News