İsrail rəsmilərindən biri ötən ay İsrailə səfər etmiş Səudiyyə şahzadələrindən birinin kimliyini açıqlayıb.
Arannews-İslamazeri.com "Press TV"-yə istinadla xəbər verir ki, Təl-Əvivə gizlicə səfər etmiş Səudiyyə Ərəbistanı kral ailəsinin üzvünün hazırki kral Salman ibn Əbdüləzizin oğlu, ölkənin müdafiə naziri və vəliəhd şahzadəsi Məhəmməd ibn Salman olduğu məlum olub.
Qeyd edək ki, ötən ay ərəb və İsrail mediası kral ailəsinin səlahiyyətli üzvünün Təl-Əvivə səfər etdiyi, İsrail rəhbərliyi ilə görüşdüyü barədə xəbərlər yayıblar. Bəzi media qurumları həmin şəxsin Məhəmməd ibn Salman olduğunu yazda da, indiyədək bu barədə rəsmi məlumat verilməyib. Dünən adını açıqlamayan İsrail dövlət rəsmilərindən biri AFP-yə müsahibəsində Təl-Əvivə səfər etmiş şahzadənin Məhəmməd ibn Salman olduğunu etiraf edib.
Bildirək ki, iki ölkə arasında diplomatik münasibətlər mövcud olmasa da, dəfələrlə tərəflər müttəfiqlik barədə açıqlamalar səsləndiriblər.