Arannews-Allah-Taala, şübhəsiz, onun yolunda hərəkət edən və ixlasla addım atan bəndələri müdafiə edəcək. Mənim bu məsələdə heç bir şübhəm yoxdur. Əlbəttə, Allaha dua etməyi və yalvarmağı da unutmaq olmaz:
“(Ey Rəsulum) De: “Əgər duanız olmasa, Rəbbim sizə diqqət yetirməz!” (Furqan, 77)
Allaha duasız, diqqətsiz və təvəssülsüz irəli getmək olmaz. Mən belə düşünürəm ki, İmamın Xomeyninin müvəffəqiyyət səbəblərindən biri Allah-Taalaya bu yalvarış və diqqət olmuşdur.
Ayətullah Seyid Əli Xamenei