Tarix : 2017 Oct 23
Kod 53125

Bakıda qatardan qaçan məhkum kriminal aləmin üzvü imiş

Bakıda qatardan qaçan 2 məhbusdan biri olan 28 yaşlı Əli Ağami kriminal aləmdə tanınan şəxslərdən olub. Lent.az xəbər verir ki, o, 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfərdən biri də Əli Ağamidir.
Arannews-Bakıda qatardan qaçan 2 məhbusdan biri olan 28 yaşlı Əli Ağami kriminal aləmdə tanınan şəxslərdən olub. Lent.az xəbər verir ki, o, 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfərdən biri də Əli Ağamidir.
Qeyd edək ki, qətlə yetirilən Elvin Nəciyev kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb. Zaur Sarıbalayev isə kriminal aləmdə “Masallı Mamed” və “Qoca” ləqəbi ilə tanınan və nüfuza malik Etibar Hacıqabulinskinin yaxın adamı olub.
Məlum cinayətdən sonra Ə.Ağaminin qardaşı Zaur Ağami bir müddət təqib olunub.

  • Yazılıb
  • da (də) 2017 Oct 23
  • Göndərən مدير سايت Aran News