Arannews-MN-dən Femida.az -a verilən məlumata görə, nazirliyinin rəhbərliyi hərbi hissənin qərargahı, əsgər yataqxanası, yeməkxana, tibb məntəqəsi, sıra meydanı, idman şəhərciyi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.
Sonra müdafiə naziri döyüş idarəetmə məntəqəsinə gələrək orada quraşdırılmış çoxməqsədli radiolokasiya stansiyaları, atıcı qurğular və digər döyüş vasitələrinin təyinatı, tərkibi, eləcə də taktiki-texniki xassələri ilə maraqlanıb.
Müdafiə nazirinə məruzə edilib ki, hərbi hissənin sərəncamında olan ən müasir silah və döyüş texnikası aerodinamik hədəflərin və ballistik raketlərin, eləcə də bütün növ digər hava hədəflərinin aşkarlanması, uçuş parametrlərinin təyin edilməsi və müxtəlif maneələr şəraitində məhv edilməsi imkanına malikdir.
Sonra yeni zenit-raket sistemlərinin döyüş hazırlığı yoxlanılıb.
Peşəkar bacarıq və bilik nümayiş etdirən şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri HHQ-nin komandanlığına müvafiq tapşırıqlar verib.