Myanmalı fəal bu barədə bildirib: “Nobelin sülh mükafatının sahibi olan ölkə başçısı, yaşayış şəraitini Rohinca müsəlmanları üçün daha da ağırlaşdırıb.”
Arannews-Anq San Soçinin iqtidara gəlməsindən sonra Rohinca müsəlmanlarının durumunun daha da pisləşdiyini deyən fəal bildirib: “25 avqustan etibarən dövlətin düşmənçilikləri başlayıb və hər həftə 100 min rohincalı öz torpaqlarını tərk etmək məcburiyyətində qalırlar. Soçinin ölkə rəhbəri seçilməsində Qərb və mediaları böyük rol sahibi olublar. Bundan hədəfləri güya irqçi buddistləri hərbi yolla nəzarət altında saxlamaq idi.”Hindistan və Banqladeşdə olan rohincalıların durumundan da söz açan fəal bildirib: “Ölkə daxilində Rohinca müsəlmanları ya həbsxanalarda, ya da kamplarda yaşayırlar. Bizim heç bir azadçılığımız yoxdur və yaşayışımız tamamilə hərbi məmurların nəzarəti altındadır. Rohinca müsəlmanlarının gediş və gəlişlə bağlı ciddi məhdudiyyətləri var. Onların evlənməyi və uşaq sahibi olmaları da nəzarət altındadır və müsəlmanların dərman və yemək tapması məhdudlaşıb.”
Rohincalı fəal və Avropanın İfratçılıq Mütaliələri üzrə Mərkəzinin müşaviri Mainq Zerni sözlərinin sonunda bildirib: “Rohincalı qadınlara fərdi və qrup şəkilində təcavüz olunması adi hal alıb. Bu azlıq təşkil edən qrup qeyri insani şəraitdə yaşayırlar. Bu şərait qətliam hesab olunur. Myanma dövləti onları rəsmi olaraq tanımır. Bunun yeganə səbəbi isə ordunun fəaliyyətlərini yozmaq və ölkənin daimi təhdidlə üzləşdiyi bəhanəsini əldə etməkdir. İslamın Myanmada uzun illər boyu sülh dini olmasına baxmayaraq, ölkənin buddist höküməti müsəlman cəmiyyətlərini idarə etnək üçün hətta onların məscidlərinin belə yenidən qurulmasına nəzarət edirlər.”