Tarix : 2017 Oct 23
Kod 53133

Azərbaycanın hərbi qulluqçusu həlak olub

Oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Cabbar Firuddin oğlu Zeynalov həlak olub.
Arannews-Müdafiə Nazirliyinin məlumatına görə, hadisə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində baş verib.
“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun statistikasına görə, 2017-ci ilin 9 ayı ərzində Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 48 hərbi qulluqçu ölüb. Onların 17 nəfəri döyüş, 31 nəfəri isə qeyri-döyüş itkisidir. Statistika sentyabrın 24-də yayımlanıb. Mediada gedən məlumatlara əsasən, həmin tarixdən bugünədək ölən hərbçilərin sayı 56-a çatıb.
  • Yazılıb
  • da (də) 2017 Oct 23
  • Göndərən مدير سايت Aran News