Tarix : 2017 Oct 24
Kod 53148

Rusiya XİN-i rəsmi üzr istədi - Fələstin bayrağına görə

“Sülh Naminə Ədalət Beynəxalq Mərkəz”in ictimai əlaqələr bölməsindən verilən xəbərə görə, Rusiyanın Soçi şəhərində keçirilən XIX Beynəlxalq Gənclər və Tələbələr Festivalında müxtəlif ölkələrdən gəlmiş tələbələrin iştirakı ilə sionizm əleyhinə böyük aksiya keçirilib və Fələstin bayrağı dalğalandırılıb.
Arannews-“Sülh Naminə Ədalət Beynəxalq Mərkəz”in mətbuat katibi deyib: “Təəssüflər olsun ki, festivalı təşkil edən rusiyalı məsullar Fələstin ölkəsinin BMT tərəfindən tanınmamasını bəhanə edərək, Fələstin bayrağını qaldırmamışdı. Bu məsələ ilk gündən tələbələrin diqqətini çəkdi və onlar imperializmə qarşı geniş etirazlarını bildirdilər”.
Mətbuat katibi əlavə edib: “Bu hadisə elə bir halda baş verirdi ki, sionist rejimin nəhs bayrağı sözügedən festivalın tarixində ilk dəfə olaraq asılırdı. Sionist bayrağını endirməyə təlaş edən bir neçə tələbə də həbs edilmişdi”.
Əsğəri deyib: “Festivalda iştirak edən iranlı tələbələr bu məsələyə etiraz etmək üçün digər ölkələrin tələbələrinin iştirakı ilə Fələstinə dəstək aksiyaları keçirdilər, İsrail komandasının festivaldan çıxarılmasını tələb edən kompaniya yaratdılar.
İran, Fələstin, Livan, Kuba, Venesuela, Amerika, Suriya, İordaniya, İraq, İspaniya və Rusiya tələbələrinin etirazı nəhayət, işğalçılıq əleyhinə şüarlar səslənməsi ilə yanaşı oldu. Sonda sionistlərin müxalifətinə baxmayaraq tələbələrin təşəbbüsü ilə Fələstin bayrağı festivalda digər ölkələrin bayraqlarının yanında qaldırıldı”.
Mərkəzin sözçüsü vurğulayıb: “Mübariz iştirakçıların bu addımı Rusiya Xarici İşlər Nazirliynin rəsmi bəyanat verərək öz səhv hərəkətinə görə rəsmi üzr istəməsinə səbəb oldu”.


  • Yazılıb
  • da (də) 2017 Oct 24
  • Göndərən مدير سايت Aran News