Xəbər Lenti

Qürbətdə qalmış Qarabağ-Mənsur Həqiqətpur

Vicdan məhbusu zona buraxılmır,kars, karantində saxlanılır

İrandan nüvə sənədlərinin oğurlandığı iddiasına REAKSİYA

İranla nüvə anlaşmasının qorunmasının yüksək əhəmiyyəti vardır

Netanyahunun dostu Babuna ilə Hülya Avşar türkiyəlilərin ilik və qanını İsrailə niyə daşıdı1

Ermənistanın müdafiə naziri ordunu Naxçıvanla sərhədə topladı

Marneulidə İmam Rza (ə) və Xanım Məsumənin (s.ə) mövludları keçirildi

Ordumuz şəhid verdi

''İlham Əliyevi tənqidçiləri həbsxanadan azad etməyə çağırmağınızı xahiş edirik''

AXCP fəalı ''yatağını səliqəli yığmadığına görə'' həbsdə qaldı

“Mən Azərbaycan prezidenti ilə danışıqlara hazıram" - Nikol Paşinyan

Yəmənlilər Ərəbistan koalisiyasının komandanlarının iclası məkanına PUA ilə hücum ediblər

Blokadanı yaran gəmilər tezliklə İtaliyadan Qəzzaya yola düşəcək

İsrail yəhudi dövləti olduğunu rəsmən elan etdi – Daha 2 milyon ərəb təhlükədə

"Təcili tədbir görülməsə, Məmməd İbrahim dünya işığından məhrum olacaq"

Paşinyan: İlham Əliyevlə danışıqlara hazıram

Beş Xəzəryanı ölkə Xəzər dənizi ilə bağlı protokol imzalayıb

Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular

Tale Bağırzadə Gəncə hadisələrindən yazdı

Rusiya ordusu erməni kəndinə soxuldu

`Ənsərullah` liderindən Hudeydə açıqlaması

Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşdü

ABŞ ictimaiyyəti: "Trapm Putinlə görüşdə ABŞ-a xəyanət etdi"

Seyid Əmmar Əl-Həkim: “Xalqın tələbləri yerinə yetirilməlidir”

''Vətəndaş cəmiyyəti və media ilə dialoq olmasa Azərbaycan irəliyə getməyəcək''

Azərbaycan hərbçiləri NATO təlimlərinə qatılacaq

Azərbaycan Respublikası Paşiniyanın hədə-qorxularına cavab verib

XİN sözçüsü xarici jurnalistləri Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb

“Nar və ənar” filmi azəri dilinə tərcümə edildi

Azərbaycan xalqı müalicə üçün ilk olaraq İranı seçir

İran Prezidenti Livan Prezidentinə mesaj göndərdi

Həcci siyasiləşdirən Səudiyyə rejimi məhkəməyə verildi

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

ATƏT Azərbaycanı seçki qanunvericiliyini beynəlxalq standartlara uyğunlaşdırmağa çağırır

İran səfiri: “İki ölkə arasında ticarət dövriyyəsi 2 milyard dollara çatacaq”

Saakaşvilinin appelyasiya şikayəti qəbul olunmadı

"Əbülfəz Bünyadovun həbsi insan haqlarına, humanistliyə zidddir"

Təhminə Milani Rusiya Film Festivalının münsifələr heyətinin sədri seçildi

Ali Məhkəmə ''Siyəzən məhbusları''nın şikayətini təmin etməyib

Arxiv
 
Tarix : 2017 Okt 24     |     Kod : 53149

Türkiyənin Rusiyaya yaxınlaşması; ötəri ya strateji

Türkiyə bugünlərdə regionda geniş diplomatik hərəkətlər həyata keçirməkdədir. Hər şeydən öncə bu ölkənin Suriya mövzusunda İran və Rusiya ilə yaxın əməkdaşlığı siyasi və media dairələrinin diqqətini çəkir. Bu arada ekspertlər Türkiyənin Rusiyadan S-400 zenit-raket sistemləri alacağı barədə açıqlamaları Ankaranın ruslarla münasibətləri genişləndirməsi istiqamətində böyük addım kimi dəyərləndirir, onu Ankaranın qərb və ABŞ-a mesajı kimi xarakterizə edirlər. Qeyd olunan mövzuya diqqət etməklə “Əl-Vəqt” təhlil-xəbər mərkəzi Türkiyə məsələləri üzrə ekspert Əli Qaimməqami ilə söhbət etmişdir və Türkiyənin Rusiyaya yaxınlaşması mövzusunda politoloqun fikirlərini öyrənmişdir.

AranNews -  Türkiyə məsələləri üzrə ekspert Əli Qaimməqami Ankaranın Moskvaya yaxınlaşması ilə bağlı Əl-Vəqt müxbirinə deyib: “Türkiyə Rusiya ilə geniş əməkdaşlıq etsə də, siyasi, hərbi və təhlükəsizlik mövzularında ən çox əməkdaşkıq və münasibətləri qərb və ABŞ-ladır. Türkiyənin Rusiya ilə əməkdaşlığının əsas hissəsini iqtisadi əlaqələr təşkil edir. Türkiyənin Amerika ilə ticarət mübadiləsinin həcmi 15 milyard dollar civarındadır. Bu rəqəm Rusiya ilə 30 milyard dollara çatır. Ankaranın Moskva ilə yaşanan böhranından qabaq hər iki tərəf ortaq investisiyanın həcmini 80 milyard civarına çatdırmaq fikrində idi. Ona görə də Türkiyə-Rusiya ticarət mübadiləsinin həcmi Türkiyə-ABŞ ticarət mübadiləsinin həcmindən dəfələrlə çoxdur. Halbuki, Türkiyənin Amerika ilə hərbi və təhlükəsizlik əməkdaşlığı daha çoxdur. Son günlərdə bu ölkə Amerikadan 11 böyük dinləmə aparatı, habelə bir neçə hərbi qırıcı almışdır. Türkiyə NATO-nun üzvü və ABŞ-ın strateji müttəfiqi hesab olunur. Amma Rusiya ilə münasibətləri iqtisadi və enerji sahələri ilə məhdudlaşır”.
Politoloq Türkiyənin Rusiyada S-400 zenit-raket kompleksinin almasına işarə edərək deyib: “Rusiya rəsmilərinin açıqlamalarına görə S-400 ən azı iki il Türkiyəyə göndərilə bilməz. Digər tərəfdən də Türkiyə bu müdafiə sistemini Yaxın Şərqdəki təhdidlərlə qarşılaşmaq üçün aldığını bildirir. Bu məsələ göstərir ki, S-400 raketlərinin Türkiyə tərəfindən quraşdırılmasının mesajı, qərb ölkələri deyil, Yaxın Şərqdir”.
Ə. Qaimməqami Ankaranın S-400 raketlərinin almasının səbəbləri haqqında deyib ki, Türkiyə Amerika və qərbə təzyiq göstərərək onlardan müasir hərbi raket texnologiyası almağa təlaş edir. Çünki qərb müasir texnologiyanın Türkiyəyə ötürülməsinə qarşı çıxır. Ona görə də Ankara qərbə təzyiq göstərmək məqsədilə Rusiyada müasir raket sistemi almağı planlaşdırıb. Baxmayaraq ki, hal-hazırda Türkiyədə yerləşmiş raket sistemləri S-400 raket sistemindən daha güclüdür və Türkiyənin digər bölgələrində də NATO-nun yerləşdirdiyi radarlar vardır, Aralıq dənizində Amerikanın hərbi gəmiləri Türkiyə hava məkanını qoruyur və NATO-nun nüvə təhlükəsizliyi çətri altındadır.
Ekspert əlavə edib ki, İran və Türkiyənin yüksək səviyyəli siyasi və hərbi rəsmilərinin qarşılıqlı səfərlərinə baxmayaraq, Türkiyə qərblə uyğunlaşmasını qoruyacaq. Digər tərəfdən Türkiyənin xarici işlər naziri S-400 raket sisteminin Rusiyadan almasının səbəbləri ilə bağlı verdiyi açıqlamasında bildirdi ki, Rusiyadan əvvəl Avropadan bunu istəmişdir, lakin Avropa onların istəyini yerinə yetirmədiyindən Rusiyadan almağa məcbur olublar. Həmçinin, S-400 sisteminn göndərilməsindən sonra bu kompleks Türkiyənin şərq bölgələrində yerləşdirəcək. Bunun da qərb üçün heç bir qorxusu olmayacaq. Bundan əlavə, S-400 raketlərinə görə Amerikanın reaksiyası və onun NATO-nun təhlükəsizlik sistemi ilə uyğunlaşmadığı tənqidi ilə üzləşən Türkiyə buna cavab olaraq bildirdi ki, S-400 raket sistemindən müstəqil şəkildə istifadə edəcək və eyni zamanda NATO-nun müdafiə sistemləri ilə əməkdaşkığını davam etdirəcək.
Bu üzdən demək olar ki, Türkiyə enerji baxımından Rusiyaya bağlı olsa da siyasi yönümdən belə deyil.
Türkiyə və ABŞ arasında viza verilməsinə görə yaşanan ixtilafa toxunan ekspert bunun diplomatik sahədə məhdudlaşdığını və Ankara-Vaşinqton münasibətlərinə təsir qoymayacağını vurğulayıb.
Müsahibənin davamında politoloq Rusiyanın qərb tərəfindən sanksiyalara məruz qalması və onun Türkiyə-Rusiya münasibətlərinə təsiri ilə bağlı fikirlərini bildirərək deyib: “Rusiya hal-hazırda Almaniya, Fransa və ABŞ-ın sanksiyaları ilə üzləşib. Baxmayaraq ki, Almaniya bu qərara yenidən baxmaq niyyətindədir. Türkiyə də bu sanksiyalara qoşulub. Üstəlik, Ərdoğan Ukraynaya səfəri çərçivəsində Krımın Rusiyaya ilhaqının qeyri-qanuni olmasını və Ankaranın onu tanımadığını dedi. Rusiya da özünün türklər yaşayan bölgələrinə və Tatarıstan kimi muxratlıqlarına görə narahatdır. Türkiyə bu bölgələr vasitəsilə Rusiyaya təzyiq göstərmək fikrindədir”.
Ə. Qaimməqami Türkiyə, Rusiya və İranın Suriya məsələsində əməkdaşlığından da söz açaraq deyib: “Hələbdə məğlub olan Türkiyə Rusiya və İranla əməkdaşlıq etməyə məcbur oldu. Ona görə də bir çox mövzularda Türkiyənin Rusiya qarşısında strategiya və siyasi yanaşmasının dəyişdiyini görmürük. Ankara bir çox məsələlərdə özünü NATO-nun müttəfiqi bilir.
Ərdoğan dövləti NATO çərçivəsində Avropa ilə müttəfiqliyini qorumağa təlaş edir və Avropa Birliyinə daxil olmaq imkanını qorumağa çalışır”.
Politoloq sonda bildirib ki, Türkiyənin bir sıra planlarının məğlubiyyətə uğraması, o cümlədən regionda Ərəbistanla birgə izlədiyi Ərəb-İslam NATO-su, yaxud Suriya məsələsindəki planlarının puça çıxması və Hələb məğlubiyyəti, hal-hazırda Amerikanın Suriya kürdlərini dəstəkləməsi, İraq Kürdüstanının müstəqilliklə bağlı referendum keçirməsi Türkiyənin müəyyən bir zaman çərçivəsində İran və Rusiyaya yaxınlaşmasını təşkil edən amillər toplusudur. Ona görə də Türkiyə qərblə münasibətlərini qoruyacaq.
Mənbə: Əl-Vəqt



Yazılıb da (də)   2017 Okt 24  Saat  15   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin