Tarix : 2017 Oct 25
Kod 53152

Qobustanda saxlanılan AİP lideri Mövsüm Səmədovdan xəbər var

Vəkil Cavad Cavadov Qobustan Qapalı Tipli Həbsxanasında saxlanılan AİP lideri Mövsüm Səmədovla görüşüb. İslaminSesi xəbər verir ki, bu barədə Vəkil Cavad Cavadov məlumat verib
Arannews-Mövsüm Səmədovun hamıya salamı olduğunu qeyd edən vəkil, müvəkkilinin saxlanma şəraiti ilə bağlı mövcud problemlərin aradan qaldırılmadığını bildirib.
 “Mövsüm Səmədovun saxlanma şəraitində əsaslı dəyişiklik yoxdur. O, bir daha həbsxanada ciddi su problem olduğunu vurğuladı, suyun gündə üç dəfə hər biri cəmi 50 dəqiqə - bir saat verildiyini, su ehtiyatının yığa bilmədiklərinə görə natəmiz vəziyyətin olduğunu bildirdi.”
 Vəkilin sözlərinə görə, Mövsüm Səmədov onu da qeyd edib ki, Kərbəla vaqiəsi bu gündə bizim həyatımızda Qarabağ uğrunda qanlarını tökmüş şəhidlərimizin xatirəsi ilə yaşayır və bizdə azərbaycanlı olaraq işğal olunmuş torpaqlarımızı azad etmək üçün şəhidlərimizi yad etməklə həmişə diri saxlamalıyıq.
 Cavad Cavadov onu  da əlavə edib ki, Doktor Səmədov AİP-in sədr əvəzi Hacı İlham Əliyevin qəfil xəstələnməsini eşidib üzüldüyünü və ona Allahdan şəfa dilədiyini, tezliklə ailəsinə, dostlarının yanına dönərək və işlərini davam etməsini arzulayıb. 

  • Yazılıb
  • da (də) 2017 Oct 25
  • Göndərən مدير سايت Aran News