Prezident mərhum Mustafa Xomeynini anma mərasimində, bu gün Amerikanın regionda hər zamankından daha çox zəlil mövqedə olduğunu vurğulayıb.
Arannews-İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran Prezidenti Həsən Ruhani mərhum Mustafa Xomeynini anma mərasimində etdiyi çıxışında, bu gün Amerikanın regionda hər zamankından daha çox zəlil vəziyyətdə olduğunu bildirib.Həsən Ruhani hegemonun İraq, Suriya, Livan və Yəməndə baş verən vəziyyətə şahid olmaq istədiyini, ancaq bu gün İslamın əzəmətinə, İran xalqının əzəmətinə şahid olduğunu qeyd edib.
Prezident "Dünyada nə vaxt ABŞ Prezidenti bir söz deyəndə bütün dünyanın ona qarşı çıxdığına və yalnız üç-dörd kiçik ölkə ilə bir kukla rejimin bu sözləri dəstəklədiyinə şahid oldunuz?",- deyə danışıb.
Ruhani bu gün hətta Amerika daxilində prezidentin sözlərinin məqbul sayılmadığını vurğulayıb.