Almaniyanın “Dewalt” qəzeti İranın yardımları olmasaydı, Suriya rəhbərliyinin qələbə əldə etməsinin mümkünsüz olduğuna vurğu edib, İranın bölgədə bir güc mərkəzinə çevrildiyini və Yaxın Şərq nailiyyətlərinin böyük qalibinin İran olduğunu yazıb
Arannews-Təsnim xəbər verir ki, “Dewalt” qəzeti İŞİD-in Suriya və İraqda geriyə addım atması ilə Tehranın regionda təsirinin artdığını qeyd edib: “İran İslam Respublikası bölgədə bir güc mərkəzinə çevrilmişdir və Ərəb baharından sonra bölgədəki proseslərin böyük qalibi olmuşdur. Nə Avropa İttifaqı, nə də Qərb ölkələri düşündükləri kimi bu bir nömrəli düşməni dayandıra bilməyiblər”.
Məqalənin davamında general-mayor Rahim Səfəvinin Qumdakı görüşdə müqavimət hərəkatlarının bölgədəki mövcudluğunun İranın regionda ardıcıl təsirlərinin rolunu göstərdiyini qeyd etdiyi vurğulanıb: “İran ilə Suriyanın iki keçmiş müttəfiqdir və İran ilə Hizbullah Suriyadakı üsyana qarşı Dəməşq rəhbərliyini dəstəklədi”.
“Dewalt”dakı məqalənin davamında müəllif, İranın hərbi yardımlarına toxunaraq belə yazıb: “İranın köməyi olmasaydı, Suriya ordusu heç vaxt uğur əldə edə bilməzdi. 2015-ci ildə Rusiya da Dəməşqin ikinci müttəfiqi olaraq meydana girdi. Ancaq təkcə Rusiyanın hava hücumları Suriya rəhbərliyinin qələbə yoluna istiqamət alması üçün kifayət deyildi”