İran və Azərbaycan arasında ilk Müştərək Müdafiə Əməkdaşlıqları Komissiyası çərşənbə axşamı Bakıda təşkil edilib.
Arannews-İRİB-nin verdiyi məlumata görə, İran və Azərbaycan arasında müştərək müdafiə əməkdaşlıqları komissiyasının təşkil edilməsində məqsəd hərbi-müdafiə əməkdaşlıqlarının artırılması və möhkəmləndirilməsi elan edilib.
İran silahlı qüvvələrinin yüksək səviyyəli heyəti müştərək müdafiə əməkdaşlıqları komissiyasının iclasında iştirak etmək məqsədi ilə Bakıya səfər edib. Bu iclasın ardınca Azərbaycanın müdafiə naziri Zakir Həsənov ilə görüş zamanı iki ölkə arasında müştərək müdafiə əməkdaşlıqları komissiyasının yaradılması və hərbi-müdafiə əməkdaşlıqlarının yol xəritəsinin hazırlanmasının iki ölkə əlaqələrinin möhkəmlənməsində önəmli rol oynayacağına təkid edilib.
İran silahlı qüvvələrinin yüksək səviyyəli nümayəndə heyəti həmçinin deyib: İran öz xarici siyasəti və müdafiə diplomatiyasında qonşu ölkələr ilə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verir və bu arada Azərbaycan Respblikası ilə əməkdaşlıqlara xüsusi önəm verilir.