Dünən həftə ərzində ikinci dəfə İsrail hökuməti işğal altında olan Şərqi Qüdsün Silvan məntəqəsində növbəti söküntü işlərilə bağlı xəbərdarlıq vərəqləri paylayıb.
Arannews-İslamazeri.com "MaanNews"-a istinadla xəbər verir ki, bu barədə Fələstinin "Wafa" agentliyinin məlumatına görə, İsrailin Qüds bələdiyyəsinin əməkdaşları rejim polisinin müşayiəti ilə xəbərdarlıq vərəqlərini Silvandakı evlərdə paylayıblar.Rejim bu evlərin qanunsuz tikildiyini iddia edərək söküləcəyini bəyan edib. Məlumata görə, İsrailin "Gihon" su şirkəti artıq bu evlərə içməli su verilişini dayandırıb. Bəhanə kimi sakinlərin borclu olduğunu göstərib.
Bildirək ki, İsrail rejimi ötən həftə söküntü xəbərdarlığından sonra bölgədə iki evi buldozerlərlə yerlə-yeksan edib.