Tarix : 2017 Oct 25
Kod 53159

Ayətullah Mudərrisi Ərbəin zəvvarlarına xidmət göstərir

Ayətullah Mudərrisi Ərbəin zəvvarlarına xidmət göstərir
Arannews-İslaminSesi.info – Ayətullah Məhəmməd Təqi Mudərrisi 1945-ci ildə Kərbəlada dünyaya gəlib. Atası Ayətullah Seyid Məhəmməd Kazim Mudərrisi, babası Ayətullah Seyid Məhəmməd Baqir Mudərrisi isə şiə dünyasının tanınmış mərcələrindən olub. Müctəhidin anası isə tanınmış şirazilər ailəsinə mənsubdur.
Ayətullah Seyid Məhəmməd Təqi Mudərrisi hazırda Kərbəlada yaşayır və Kərbəla hövzəsinin əsas ustadlarındandır.
Ayətullah Seyid Məhəmməd Təqi Mudərrisi hazırda 400-dən artıq kitabın müəllifidir.
“Təfsir min hudəl-Quran” Ayətullah Mudərrisinin Quranın bütün surələrini izah edən təfsir kitabıdır. Onun təlifləri hər tərəflidir. İrfan təlimləri haqda yazsa da islamin siyasi və ictimai məsələləri haqda fiqh, kəlam və fəlsəfə haqda da əsərləri var.

  • Yazılıb
  • da (də) 2017 Oct 25
  • Göndərən مدير سايت Aran News