Tarix : 2017 Oct 26
Kod 53164

Əli Kərimli tanınmış vəkilə görə hakimiyyətə xəbərdarlıq etdi

AXCP sədri vəkil Aslan İsmayılovun təqib edilməsini pisləyən mövqeyini fb səhifəsində paylaşıb:

Arannews-Tanınmış bloqçu və hüquqşünas Aslan İsmayılov həbs olunmaq təhlükəsilə bağlı ictimaiyyətə müraciət edib. Yazıb ki, Baş prokuror Zakir Qaralov və Ədliyyə naziri Fikrət Məmmədov onun həbsini hazırlayırlar və bu məqsədlə tabeliklərində olan vəzifəli şəxslərə artıq tapşırıqlar da veriblər. Bir neçə həftə öncə isə Aslan İsmayılova qarşı Cinayət Məcəlləsinin 221-ci maddəsilə (xuliqanlıq) cinayət işi açılıb. Aslan İsmayılova qarşı cinayət işi açılmasını, onun həbsi üçün əlavə bəhanələr axtarılmasını qəti şəkildə pisləyirəm. Ona qarşı irəli sürülmüş ittihamın Aslan bəyin tənqidi ictimai fəaliyyətilə bağlı olmasına heç bir şübhəm yoxdur. Görünür, Aslan bəyin kifayət qədər konstruktiv olan tənqidlərinə də dözmürlər, hətta məmurları da tənqiddən kənar etmək istəyirlər.
Mən hələ də Aslan bəyin belə qurama ittihamlarla həbs olunacağına inanmıram. Lakin birdən bunlar növbəti səhvi edib, onu doğrudan da həbs etsələr, bilməlidirlər ki, Aslan İsmayılov dərhal siyasi məhbus sayılacaq və onu da digər siyasi məhbuslar kimi ciddi müdafiə edəcəyik. Hakimiyyət Aslan bəylə real müxalifət və vətəndaş cəmiyyəti fəalları arasında vaxtaşırı yaranan fikir ayrılıqlarından, mübahisələrdən uzağa gedən nəticə çıxarmasın. Biz xalqımızı bizi müdafiə edənlərə və etməyənlərə bölmürük. Bu ölkədə hər kəsin hüquqları qorunmalıdır. Cinayət törətməyən insanlar şərlənərək həbs olnmamalıdır. Bizim prinspimiz “hüquq hər kəsə, ədalət hamı üçün”dür!

  • Yazılıb
  • da (də) 2017 Oct 26
  • Göndərən مدير سايت Aran News