Tarix : 2017 Oct 26
Kod 53165

Dindar fəalın həyatı təhlükədədir

13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Xalid Kazımovun həyatı təhlükə altındadır.
Arannews-Bu barədə Rakurs TV-ə məhbusun yaxınları məlumat verib. Məlumata görə, onun gözləri tutulmaq üzrədir, öd kisəsindəki şiddətli ağrılardan yata bilmir. Halsızlıq və güclü baş ağrıları var. Yaxınları bildirir ki, Xalid Kazımovu Müalicə Müəssisəsinə köçürmək əvəzinə, CÇM- nin məsul şəxsləri ona təzyiq edərək susmağı və xəstəliyi ilə bağlı məlumatı ictimailəşdirməməyi tələb edirlər. 
Masallı dindarlarından olan Xalid Kazımov 2012-ci il sentyabr ayında Masallı rayonunda jurnalist Araz Quliyevlə birlikdə həbs olunub. O, beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

  • Yazılıb
  • da (də) 2017 Oct 26
  • Göndərən مدير سايت Aran News